Azərbaycanın 2019-cu ildə əldə etdiyi uğurlar 2020-ci ildə daha güclü inkişaf üçün etibarlı təməl yaradıb - Politoloq

Azərbaycanın 2019-cu ildə əldə etdiyi uğurlar 2020-ci ildə daha güclü inkişaf üçün etibarlı təməl yaradıb - Politoloq

Bakı. İlhamə İsabalayeva - Trend:

2019-cu ildə Azərbaycan xarici siyasi, iqtisadi və humanitar əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirməklə, əhali tərəfindən təqdir olunan uğurlu kompleks sosial-iqtisadi və kadr islahatlarını həyata keçirməklə yanaşı, hərbi potensialın daha da gücləndirilməsi istiqamətində ciddi addımlar atıb.

Bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşir oğlu deyib.

Onun sözlərinə görə, bu gün dünyanın ən güclü 50 ordusundan biri məhz Azərbaycan Ordusudur. Azərbaycan dövləti hərbi-texniki sahədə beynəlxalq əməkdaşlığını gücləndirməklə bərabər, müvafiq istiqamətdə özünün istehsal imkanlarını da genişləndirib. Bütün bunlar da ölkəmizin və regionun təhlükəsizliyini təmin etmək imkanlarını artırmaqla yanaşı, ölkəmizə olan etimadı yüksəldir, diplomatiyamızın daha da keçərli olmasını təmin edir:

Politoloq hesab edir ki, bütün bunları Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çox dəqiqliklə, arqumentləşdirilmiş və detallı şəkildə bir daha diqqətə çatdırdı. Hər ötən ilin Azərbaycan üçün daha da uğurlu olması qənaətində olan E.Mirbəşir oğlu bildirib ki, ölkə bütün istiqamətlərdə potensialını gücləndirməklə, qarşısına qoyduğu prioritetləri müvəffəqiyyətlə həyata keçirir və yeni strateji hədəfləri müəyyənləşdirməyə imkan verir: "Ölkə başçısı müxtəlif sahələrdə əldə edilən uğurları dəqiq arqumentlərlə əsaslandırdı. Həqiqətən də Azərbaycanın dayanıqlı inkişafının əsasını təşkil edən kompleks elementlərin təmin olunması həm böyük uğur, həm də kifayət qədər mürəkkəb məsələ kimi qiymətləndirilməlidir. Qlobal müstəvidə çox məhdud resurs sayılan təhlükəsizlik mühiti Azərbaycan dövlətini səciyyələndirən əsas amillərdən biridir. Hazırda dünyanın əksər regionlarında, həmçinin, bizə yaxın coğrafiyada həll perspektivləri hələ görünməyən çoxsaylı münaqişələr mövcuddur. Bu reallıq fonunda ölkəmizdə təmin olunmuş yüksək təhlükəsizlik mühiti ən müxtəlif sahələrdə inkişafımızın əsas hərəkətverici elementi rolunda çıxış edir".

E.Mirbəşir oğlu hesab edir ki, Azərbaycanda mövcud olan yüksək təhlükəsizlik mühiti ölkəmizə beynəlxalq etimadı əhəmiyyətli dərəcədə artırmaqdadır. Bu, özünü müxtəlif istiqamətlərdə büruzə verməkdədir. Belə ki, dünyanın ciddi əhəmiyyət daşıyan məsələlərinin Bakıda müzakirə olunması artıq ənənə halını alıb.

STM-in İdarə Heyətinin sədr müavininin sözlərinə görə, ölkəmizlə iqtisadi əlaqələrini gücləndirmək istəyən tərəfdaşlarımızın sırası durmadan genişlənməkdədir. Hər ötən ildə dünyanın ayrı-ayrı nöqtələrindən daha çox sayda turist istirahət üçün Azərbaycanı seçir, qlobal məsələlərin müzakirəsi və həlli zamanı ölkəmizin mövqeyi nəzərə alınır və s. Bu baxımdan, hakimiyyət tərəfindən həyata keçirilən siyasət həm daxili, həm də beynəlxalq müstəvidə təqdir olunur: "Sosial Tədqiqatlar Mərkəzi tərəfindən həyata keçirilən rəy sorğuları da aydın göstərir ki, əhali ölkə Prezidentinin həm daxili, həm də xarici siyasətini yekdilliklə dəstəkləyir, həyata keçirilən islahatların davamlı olmasını arzulayır. 2019-cu il həm həyata keçirilmiş islahatlar, həm də beynəlxalq əlaqələrin miqyasının genişlənməsi baxımından əlamətdar olub. Belə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının Zirvə Görüşlərinin, həmçinin, Dünya dini liderlərinin II Zirvə Görüşünün Azərbaycanda keçirilməsi bir daha ölkəmizə olan böyük etimaddan, yüksək beynəlxalq qiymətləndirmədən xəbər verir. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatı BMT BA-dan sonra ikinci ən böyük beynəlxalq platformadır. Belə təşkilat çərçivəsində Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurların miqyası kifayət qədər böyükdür. Məhz bunun nəticəsidir ki, Azərbaycan təşkilata rəsmi üzv qəbul olunmasından cəmi səkkiz il sonra ona sədrlik etmək imkanını qazandı. Bakıda baş tutmuş Zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş dörd qətnamənin üçündə ölkəmizin ərazi bütövlüyü dəstəklənib. Bununla yanaşı, Ermənistanın işğalçılıq siyasəti də sənədlərdə əksini tapmışdır. Bu da olduqca böyük diplomatik qələbə kimi qiymətləndirilməlidir".

Politoloq əlavə edib ki, BMT-yə üvz olan dövlətlərin böyük əksəriyyəti Qoşulmama Hərakatında təmsil olunur. Deməli, Azərbaycan növbəti dəfə özünün haqlı mövqeyini beynəlxalq səviyyədə qəbul etdirə bilib. Münaqişə vəziyyəti ilə bağlı beynəlxalq obyektiv mövqenin tam formalaşması baxımından belə nailiyyətlərin əhəmiyyəti olduqca böyükdür.

E.Mirbəşir oğlu bildirib ki, 2019-cu ildə Azərbaycan dövləti ali səviyyədə beynəlxalq təmaslarını daha da gücləndirib. Belə ki, ölkəmizə 40-dan artıq dövlət və hökumət başçısı səfər edib və Azərbaycan Prezidenti ilə görüşlər keçirib. Bundan başqa, ölkə Prezidentinin digər ölkələrdə çoxsaylı görüşləri olub ki, bu da milli maraqlarımızın etibarlı qorunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi vəziyyəti ilə bağlı haqlı mövqelərimizin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından kifayət qədər əhəmiyyətli və məhsuldar olub.

Politoloq qeyd edib ki, xüsusilə də region ölkələri ilə əməkdaşlıq sisteminin gücləndirilməsində Azərbaycan Prezidentinin rolunu vurğulamaq lazımdır. Məhz Azərbaycan Prezidentinin təşəbbüsləri və fəaliyyəti nəticəsində olduqca səmərəli, bütün tərəflərin qarşılıqlı maraqlarına cavab verən əməkdaşlıq sistemini formalaşdırmaq və inkişaf etdirmək mümkün olub. Ölkə başçısının diqqət yetirdiyi çoxsaylı məqamlar sırasında işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın “Ermənistanın Azərbaycanı bir çox parametrlər üzrə qabaqlaması” ilə bağlı sərsəm fikirlərinə də münasibəti tutarlı arqumentlərə söykənirdi:

"Azərbaycan Prezidenti faktlara, beynəlxalq indeksli hesabatlara istinad edərək əsaslandırdı ki, heç bir sahə və ya parametr üzrə Azərbaycanla işğalçı Ermənistanı müqayisə etmək olmaz. Azərbaycan dövlətinin həm beynəlxalq müstəvidə əldə etdiyi uğurlar, həm də sosial, iqtisadi və hərbi sahələrdəki inkişaf göstəriciləri ilə Ermənistanın göstəriciləri arasında olduqca böyük fərq var. Belə ki, Ermənistan uzun illərdir cəhd göstərməsinə baxmayaraq, heç vaxt BMT TŞ-nin qeyri-daimi üzvü seçilə bilməyib. Azərbaycan 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. Bu, ölkəmizə, Azərbaycan Prezidentinə olan böyük inam və etimadın bariz göstəricisi idi. Hərbi gücünə görə Ermənistan Azərbaycandan bir neçə dəfə geri qalır. Belə ki, Azərbaycan dünyanın ən güclü orduları reytində 52-ci yerdə qərar tutduğu halda işğalçı Ermənistan 96-cı yerdədir. Azərbaycanın və Ermənistanın hərbi gücləri arasındakı fərqi 2016-cı və 2018-ci illərdə keçirilmiş hərbi əməliyyatlar da sübut etdi. Bu əməliyyatlarda Azərbaycan Ordusu bir sıra strateji məntəqələri işğaldan azad etdi. Ümumiyyətlə, ölkə başçısı bütün sahələr üzrə obyektiv göstəricilərə istinad edərək əsaslandırdı ki, işğalçı Ermənistanın baş nazirinin səsləndirdiyi fikir sadəcə onun fərziyyəsidir. Ümumiyyətlə, sonda qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin 2019-cu ildə bütün sahələrdə əldə etdiyi uğurlar 2020-ci ildə daha güclü inkişaf üçün etibarlı təməl yaratmışdır".

Atəşkəs snayper tüfənglərlə 22 dəfə pozuldu
Atəşkəs snayper tüfənglərlə 22 dəfə pozuldu
Atəşkəs iriçaplı pulemyotlardan pozuldu - 24 dəfə
Atəşkəs iriçaplı pulemyotlardan pozuldu - 24 dəfə
Atəşkəs yenə pozuldu - 20 dəfə
Atəşkəs yenə pozuldu - 20 dəfə
Loading Bars
Xəbər lenti
NASA ən hündürdə olan buludların şəkillərini nümayiş etdirib (FOTO)
Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi
Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürülüb
Şimali Makedoniya parlamenti buraxıldı
Rusiya və Türkiyə diplomatları və hərbçiləri Moskvada İdlibdəki vəziyyəti müzakirə edəcəklər
Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 1696 nəfərə çatdı
Salyanda mina tapılıb (FOTO)
Pakistanda naməlum zəhərli qazın sızması nəticəsində ölənlər var
Azərbaycanın sərbəst güləş üzrə komandası Avropa ikincisi oldu
BƏƏ-də koronavirusa yeni yoluxma hadisəsi qeydə alındı
Avropa çempionatında Azərbaycan güləşçisindən daha bir medal
Sərbəst güləşçi Aslanbek Alborov Avropa çempionatının bürünc medalını qazandı
Yarışlardan təəssüratlar yaxşıdır, xüsusən də evə medalla geri döndüyüm üçün - Belarus idmançısı
Fransanın cənubunda turist təyyarəsi qəzaya uğrayıb
Tamaşaçı: Belə möhtəşəm yarışların ölkədə keçirilməsi əladır
Bakıda fərdi evdə yanğın olub
Fransada mövsümi işçilər işsizlikdən sığorta islahatına qarşı çıxdılar
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 16.02.2020 tarixli bölüm
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı Minsk Qrupu həmsədrləri və dünya gücləri qarşısında çıxılmaz duruma saldı
Elmar Məmmədyarov Belçikaya səfərə yollanıb
Mətbuat Şurası MSK-nın qarşısında keçirilmiş icazəsiz aksiyada monitorinq aparıb
Sevil Mikayılova: Prezident İlham Əliyev Ermənistan hakimiyyətinin tarixi saxtakarlığını tutarlı faktlar və sənədlərlə bir daha ifşa etdi
İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib
Rafael Ağayev Karate 1 Premyer Liqa turnirinin qızıl medalını qazanıb
Şamaxıda zəlzələ olub
Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır – Siyavuş Novruzov
Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı artıb
Bakıda qanunsuz piket cəhdi bəzi radikalların xarici sifariş yerinə yetirdiklərinin göstəricisidir - Bəhruz Quliyev
Elxan Ələsgərov: Paşinyan Dağlıq Qarabağla bağlı növbəti təbliğat yalanına əl atdı
Hikmət Hacıyev: Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü
Bakıda MSK qarşısında toplaşmağa cəhd edənlər ərazidən uzaqlaşdırılıb
Dünya Kuboku çərçivəsində batut gimnastikası üzrə sinxron cütlüklər yarışında qaliblər mükafatlandırılıb (FOTO)
Dünya bazarında neftin qiymətinin sabit qalmasında Azərbaycanın müstəsna rolu var - Politoloq
Buraxılış və sınaq imtahanları başa çatıb
Belarus gimnastlar kişilər arasında sinxron cütlüklərin yarışında qalib gəliblər
Tamblinq yarışlarında qaliblər mükafatlandırıldı (FOTO)
Qadınlar arasında sinxron cütlüklərin yarışında rusiyalı gimnastlar birinci yerə çıxıblar
Tamblinqdə qadınlar arasında yarışlarda rusiyalı gimnast qalib gəldi
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final yarışları davam edir (FOTOREPORTAJ)
Tamblinqdə kişilər arasında yarışlarda mükafatçılar məlum oldu
Hikmət Babaoğlu: Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycana aid olduğunu hamıya inandırmağı bacardı
Batut gimnastikasında fərdi proqramda qaliblər və mükafatçıların mükafatlandırma mərasimi olub (FOTO)
Fərdi proqramda çinli gimnast birinci yeri tutub (FOTO)
Bügünkü qanunsuz aksiya ilə bağlı saxlanılan yoxdur - Ehsan Zahidov
Batut gimnastikasında qadınlar arasında fərdi proqramda mükafatçılar məlum oldu
Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 Azərbaycan vətəndaşında koronavirus şübhəsi yoxdur - AÇIQLAMA
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm də beynəlxalq hüquq kontekstində dünya ictimaiyyətinə çatdırdı - Arzu Nağıyev
"HaberGlobal": Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistanın baş naziri Nikol Paşinyana tarixi sillə (VİDEO)
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışların ikinci günü başlayıb (FOTO)
Belarus batutçusu “SmartScoring” milli brendinin siması seçilib
Nigeriyada silahlılar kəndlərə hücum ediblər, çox sayda ölən var
Prezident İlham Əliyevin təcrübəsi, təzyiqi qarşısında Paşinyan çətin vəziyyətə düşdü - Bəxtiyar Əliyev
Çində yeni növ koronavirusdan ölənlərin sayı 1665 nəfərə çatıb
Salyanda birmərtbəli ev yanıb
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi - Elman Məmmədov
İndoneziya sahillərində güclü zəlzələ olub
Atəşkəs snayper tüfənglərlə 22 dəfə pozuldu
Abşeronda 3 otaqlı ev yanıb
Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və faktlar qarşısında Paşinyan aciz durumda qaldı - Politoloq
Fərid Mustafayev Bakıda Dünya Kubokunun finalında mübarizəyə qoşulacaq
Bu gün peşə məktəblərində buraxılış imtahanları keçirilir
Oğuzda qapı-pəncərə sexi yanıb
Kolumbiya səfiri: Azərbaycanda idmana böyük diqqət göstərilir
Prezident İlham Əliyev: Ərazilərin azad edilməsi başlamasa, status üzərində razılığa gəlmək mümkün olmayacaq
Azərbaycan Prezidenti: Ermənistan rəhbərləri hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar
Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur
Azərbaycan Prezidenti: ATƏT-in Minsk qrupu həmsədrləri, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil!
Prezident İlham Əliyev: Sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir
Komediya şousu zamanı atışma olub: ölən var
Ruhani: Qadınlara yüksək vəzifələrdə işləmək imkanı verilməlidir
Qazaxda "VAZ" yanıb
Ərdoğan ilə Tramp arasında telefon danışığı aparılıb
Bakıda sinxron cütlər arasında batut gimnastikası üzrə yarışlarda finalçılar müəyyənləşib
Fərdi proqramda kişilər və qadınlar arasında batut gimnastikası və tamblinq üzrə yarışların finalçıları müəyyənləşib
Narkotik satmaqda şübhəli bilinən Bakı sakini saxlanılıb
Ayaz Mütəllibov: Paşinyanın dedikləri gülüncdür, mən heç vaxt Xocalı soyqırımında azərbaycanlıların iştirak etdiklərini deməmişəm
Prezident İlham Əliyev: Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir
Prezident İlham Əliyev: Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır
XİN: Vəziyyətin gərginləşməsinə xidmət edən qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür
Prezident İlham Əliyev növbəti dəfə Paşinyanı çıxılmaz vəziyyətə saldı
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil
Prezident İlham Əliyev: Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər
Paşinyan Prezident İlham Əliyevin qarşısında növbəti dəfə aciz durumda qaldı
Prezident İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır
Prezident İlham Əliyev: Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib (FOTO) (YENİLƏNİB)
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub (FOTO) (YENİLƏNİB)
Samux sakininin avtomobilindən narkotik və saxta pul götürüldü
Deputat: Onlar Azərbaycanın mövqeyindən çıxış etməyə məcburdur
Kolumbiya səfiri batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində idmançılarla görüşüb (FOTO)
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilib – Pərvin Kərimzadə
Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tamaşaçıların emosiyaları (FOTO)
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı
Azərbaycan gimnastı Selcan Maqsudova Dünya Kubokunda öz proqramını təqdim edib (FOTO)
Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Pul və dönər aparatı oğurlayan keçmiş məhkum saxlanılıb
Hərbi qulluqçumuz şəhid oldu
Olimpiya çempionu: Bakıya yarışlara gələndə sanki evə gəlirik
Bütün xəbərlər