...

Yeni gəmiyə və Pirşağı qəsəbəsindəki orta məktəbə Xoşbəxt Yusifzadənin adı verilib

Siyasət Materials 15 Yanvar 2020 17:12 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Gəmiçiliyin yeni gəmisinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adının verilməsini təmin etsin.

Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adı veriləcək.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti