...

Məzahir Pənahov: Elə namizədlər var ki, qəsdən sənədlərini düzgün təqdim etmirlər

Siyasət Materials 21 Yanvar 2020 16:52 (UTC +04:00)
Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində elə namizədlər var ki, çalışır ki, biz onları qeydə ala bilməyək.
Məzahir Pənahov: Elə namizədlər var ki, qəsdən sənədlərini düzgün təqdim etmirlər

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində elə namizədlər var ki, çalışırlar, biz onları qeydə ala bilməyək.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bu addım nəyəsə xidmət edir: “Mərkəzi Seçki Komissiyası namizədi qeydə almamaqda maraqlı deyil. Biz çalışırıq ki, mümkün qədər məsələləri namizədlərin xeyrinə həll edək. Ancaq qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Görünür, bununla onlar hansısa məqsədlərə xidmət edirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti