...

Məzahir Pənahov: Nöqsan axtarırlar ki, tənqid etsinlər, ancaq tapa bilməyəcəklər

Siyasət Materials 27 Yanvar 2020 17:29 (UTC +04:00)
Müsavat Partiyasından MSK-ya pulsuz efir vaxtı ilə bağlı müraciət daxil olub.
Məzahir Pənahov: Nöqsan axtarırlar ki, tənqid etsinlər, ancaq tapa bilməyəcəklər

Bakı. Elçin Mehdiyev – Trend:

Müsavat Partiyasından Mərkəzi Seçki Komissiyasına (MSK) pulsuz efir vaxtı ilə bağlı müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

MSK sədrinin sözlərinə görə, müraciətdə qeyd edilib ki, partiyanın 64 dairədən namizədləri qeydə alınıb, ancaq pulsuz efir vaxtı verilmir: “Qanunvericiliyə görə, partiya tərəfindən 60-dan çox namizədi irəli sürülən partiyalara pulsuz efir vaxtı verilir. Ancaq onlardan öz təşəbbüsü ilə namizədliyini irəli sürənlər var. Fikirləşirlər ki, hay-küy qaldırmaqla bu məsələ həll olunacaq. Qanunvericiliyin tələbi nədirsə, MSK ona uyğun addım atır. Bu cür mübarizə olmaz. Nəsə nöqsan axtarırlar ki, tənqid etsinlər, ancaq tapa bilməyəcəklər. Onlara deyirəm, vaxt itirməyin”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti