...

ATƏT PA-da Azərbaycandakı parlament seçkiləri də müzakirə olunacaq

Siyasət Materials 3 Fevral 2020 14:57 (UTC +04:00)
ATƏT PA-da Azərbaycandakı parlament seçkiləri də müzakirə olunacaq Fevralın 20-21-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Parlament Assambleyasının (PA) 19-cu qış sessiyası keçiriləcək.
ATƏT PA-da Azərbaycandakı parlament seçkiləri də müzakirə olunacaq

Bakı. Trend:

ATƏT PA-da Azərbaycandakı parlament seçkiləri də müzakirə olunacaq
Fevralın 20-21-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Parlament Assambleyasının (PA) 19-cu qış sessiyası keçiriləcək.

Trend secki-2020.az saytına istinadən xəbər verir ki, bu barədə ATƏT PA-nın Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 300-dək deputatın, həmçinin müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayrı ölkə hökumətlərinin nümayəndələrinin iştirakı ilə keçiriləcək sessiyanın açılışında Avstriya parlamentinin aşağı palatasının sədri Volfqanq Sobotka, ATƏT PA-nın prezidenti Georgi Tsereteli, ATƏT-ə sədrlik edən Albaniya rəsmiləri nitq söyləyəcəklər.

Üç baş komitənin iştirakı ilə keçiriləcək sessiyanın gündəliyində uzanan münaqişələrin həllində ATƏT-in alət və mexanizmlərindən səmərəli istifadə etmək, iqlim dəyişiklikləri ilə bağlı fəsadlar, insan hüquqları sahəsində çoxtərəfli əməkdaşlıq kimi məsələlər var. Son günü hər üç komitənin birgə iclasında ATƏT məkanında antisemitizm, ayrı-seçkilik və dözümsüzlüyə qarşı mübarizə məsələlərinə dair xüsusi müzakirələr aparılacaq, Azərbaycan, Belarus, Özbəkistan, Ukraynada seçkilərdə müşahidəçi missiyalarının rəhbərlərinin məruzələri dinləniləcək.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti