...

Prezident İlham Əliyev: Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır

Siyasət Materials 15 Fevral 2020 22:27 (UTC +04:00)
Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır
Prezident İlham Əliyev: Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır

Bakı. Trend:

Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır.

Trend Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsinə istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə söyləyib.

Dövlətimizin başçısı deyib ki, biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik - ərazilərin bir hissəsinin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması. Dağlıq Qarabağın statusu sonra müəyyənləşdirilə bilər. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti