...

Azərbaycanın hərbi nümayəndə heyəti İranda səfərdədir (FOTO)

Siyasət Materials 26 Fevral 2020 20:16 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi ilə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehranda ikinci iclası keçirilib.
Azərbaycanın hərbi nümayəndə heyəti İranda səfərdədir (FOTO)

Bakı. Trend:

Azərbaycan Müdafiə Nazirliyi ilə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehranda ikinci iclası keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iranlı həmkarları ilə hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Görüşün sonunda birgə işçi qrupun iclasının yekun protokolu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti