...

Goranboyun 31 yaşayış məntəqəsində 43 subartezian quyu qazılacaq - SƏRƏNCAM

Siyasət Materials 3 Mart 2020 18:38 (UTC +04:00)
Prezident İlham Əliyev Goranboy rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Goranboyun 31 yaşayış məntəqəsində 43 subartezian quyu qazılacaq - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Goranboy rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir:

Goranboy rayonunun əhalisi 70278 nəfər olan 31 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 43 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü”nün 1.8.12-ci yarımbəndində göstərilmiş 3,0 (üç) milyon manat Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Goranboy rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 mart tarixli Sərəncamına Əlavə

Sıra

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

Azad kəndi

1

551

Borsunlu kəndi

1

4530

Dəliməmmədli şəhəri

1

6124

Dəyirmanlar kəndi

1

519

Düzqışlaq kəndi

1

2918

Əlirzalı kəndi

1

1239

Fəxralı kəndi

2

2935

Goranboy şəhəri

2

10297

Hacallı kəndi

1

392

10.

Həmənli kəndi

1

214

11.

Xan Qərvənd kəndi

1

4422

12.

Kələk kəndi

1

909

13.

Qaradağlı kəndi

1

3676

14.

Qaramusalı kəndi

1

1168

15.

Qarapirimli kəndi

2

290

16.

Qarasuçu kəndi

1

509

17.

Qarqucaq kəndi

1

820

18.

Qızılhacılı qəsəbəsi

2

7090

19.

Qurbanzadə kəndi

2

635

20.

Muzdurlar kəndi

2

1586

21.

Nadirkənd kəndi

1

1686

22.

Nərimanlı kəndi

1

1093

23.

Nizami kəndi

1

1767

24

Rəhimli kəndi

1

1166

25.

Səfikürd kəndi

2

4698

26.

Səmədabad kəndi

3

1431

27.

Şıxlar kəndi

1

280

28.

Tap Qaraqoyunlu kəndi

1

2681

29.

Tatarlı kəndi

2

2186

30.

Təklə kəndi

1

536

31

Veyisli kəndi

3

1930

Cəmi

43

70 278

Məqalədə:
Xəbər lenti

Xəbər lenti