Bakı. Trend.
Prezident İlham Əliyev Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon (on milyon doqquz yüz iyirmi min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 mart tarixli Sərəncamı ilə bu ərazilərdəki yaşayın məntəqələrinin siyahısı təsdiq edilib.
|
Sıra №-si |
Ərazi vahidləri |
|
Abşeron rayonu |
|
| 1. |
Qobu qəsəbəsində yeni massiv |
|
Xızı rayonu |
|
| 1. |
Qızılqazma kəndində yeni massiv |
| 2. |
Yarımca kəndində yeni massiv |
|
Siyəzən rayonu |
|
| 1. |
Qalaaltı kəndi |
| 2. |
Məşrif kəndi |
|
Şabran rayonu |
|
| 1. |
Ceyranlı kəndi |
| 2. |
Əmirxanlı kəndi |
| 3. |
Qazbabalı kəndi |
| 4. |
Vələsli kəndi |