Bakı. Trend:
Azərbaycanın Gürcüstandakı səfirliyi Avropadan Türkiyə və Gürcüstan ərazilərindən keçməklə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımıza lazımi kömək göstərir.
Trend-in məlumatına görə, Avropa ölkələrindən qayıdan Azərbaycan vətəndaşları səfirliyin təşkilatçılığı və Gürcüstan polisinin müşayiəti ilə Türkiyə-Gürcüstan sərhədindəki “Sarp” sərhəd-keçid məntəqəsindən xüsusi avtobuslarla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə daşınırlar.
Artıq 30-dan çox vətəndaşımız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib. Proses davam edir.
Bildirilib ki, həmin şəxslər xüsusi müayinədən keçiriləcək və zərurət yarandığı halda 14-28 günlük karantin rejimində saxlanılacaqlar.