...

Tamam Cəfərova: Ölkə prezidenti düzgün siyasət nəticəsində cəmiyyətin tam dəstəyini əldə edib

Siyasət Materials 20 Aprel 2020 16:10 (UTC +04:00)

Bakı. Trend:

Bildiyimiz kimi, Sosial Tədqiqatlar Mərkəzi (STM) 2019-cu ildən etibarən Prezident İlham Əliyevin son dövrdə ölkədə həyata keçirilən inqilabi islahatlarla bağlı cəmiyyətin ictimai rəyinə müstəsna əhəmiyyət verməsini nəzərə alaraq, yeni formatlı sosioloji sorğular keçirir.

Təqdim edilən növbəti hesabat, 2020-ci ilin sona çatan ilk rübünü (yanvar-mart) əhatə edir. Sosioloji sorğu əsaslı bu analitik hesabatın məqsədi bəhs edilən müddətdə dövlət başçısının daxili və xarici siyasətinin başlıca məqamları, ölkədəki ictimai-siyasi proseslərin vəziyyəti ilə bağlı xalqımızın rəyinin operativ öyrənilməsi, qanunverici, icraedici hakimiyyət və hüquq-mühafizə sistemində gedən proseslərə cəmiyyətin münasibətini çevik dəyərləndirməklə ümumi mənzərənin göz önündə canlandırılması, müvafiq qərarların qəbulunda mötəbər mənbə kimi həm də ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır. Rəy sorğusunda dövlət başçısının həm daxili, həm də xarici siyasət sahəsində çoxşaxəli fəaliyyətini izləməyə imkan verən, siyasi təqvimdə tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan, rəsmi xronikada, eləcə də yerli və xarici mediada geniş işıqlandırılan hadisələr əksini tapıb.

2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin və Prezidentə inam indeksinin öyrənilməsi üçün Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən sorğunun nəticələri ən qısa şəkildə belə ifadə edilə bilər:

“Bütün dünyada neft qiymətlərinin aşağı düşməsi, beynəlxalq geosiyasi qarşıdurmaların kəskinləşməsi, II Dünya müharibəsindən sonra dünyada ilk dəfə ən dərin sosial, siyasi, iqtisadi böhran vəziyyətini yaradan yeni qlobal pandemiyanın sürətlə yayılması fonunda Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətt üzrə gedir”.

Ölkədə həyata keçirilən inqilabi islahatların birmənalı olaraq müəllifi Dövlət başçısı İlham Əliyevdir. Hələ iki il əvvəl, prezident seçkiləri başa çatan kimi, ölkə rəhbəri xalqa müraciətində yeni dövlətin – islahatlar dövlətinin qurulmasının anonsunu verdi. 2019-cu il boyunca davam edən sosial-iqtisadi və struktur islahatları təkcə ölkənin daxilində deyil, xaricindəki mövqeyini, nüfuzunu, gücünü və yeni formada təqdimatını ortaya qoymuş oldu.

İslahatlar dövləti icra strukturlarında geniş və fundamental yeniləmə apararaq, preventiv, fəal, qərarlı model ortaya qoymaqla, vətəndaş amilinə söykənərək, ictimai fikrin çəkisini verilən qərarlarda da icra etdirərək özünü göstərdi.

Cari ilin qlobal problemi pandemiya fonunda Azərbaycanda Prezidentin rəhbərlik etdiyi dövlət aparatı effektiv fəaliyyət üsulu ilə vətəndaş-dövlət-cəmiyyət üçbucağında tam uğurlu yol xəritəsini hazırlaya bildi, ölkənin fors-major halında təkcə hökumət orqanları deyil, bütövlükdə cəmiyyətin təbəqələri səfərbər edildi.

Bütün sözügedən bu hallar da daxil olmaqla, Prezidentin cari ilin ilk rübündə ortaya qoyduğu uğurlu fəaliyyətin ictimai fikirdəki yeri və qiyməti Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi “İnam indeksi: Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatında xalq-respondentlərin sorğuları əsasında müəyyənləşib. Hesabatdan da göründüyü kimi, Prezident İlham Əliyevin son dövrdə ölkədə həyata keçirilən inqilabi islahatları davam etməklə yanaşı, sosial proseslərin dinamikasını müəyyənləşdirib və ictimai rəyin tam şəkildə dəstəyini əldə edib. Belə ki, ilin ilk rübündə Prezident daxili və xarici siyasətdə, ictimai-siyasi proseslərdə, icraedici sturkturlarda, qanunverici və hüquq-mühafizə sistemləri sahəsində müvafiq qərarlar qəbul edib, onun fəaliyyətində dövlətçiliyin gücləndirilməsi, fəaliyyətinin sosiumda inam və etibarla müşayiət edilməsi davam edib. Hansı ki, bu dövr müvafiq olaraq, dünyada qarşıdurmaların, konfrantasiyaların artması, neft qiymətlərinin kəskin enməsi, II Dünya Müharibəsindən sonra ilk dəfə dünyada dərin çoxşaxəli böhranın başlaması, qlobal pandemiyanın meydana çıxması ilə müşayiət edilir, Azərbaycanda isə əksinə olaraq Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətt üzrə gedir. Təqdim edilən “İnam indeksi” ictimai rəy sorğusuna əsaslanan analitik hesabat həmin qənaəti təsdiq edir.

Bu müddətdə ölkə prezidenti düzgün siyasət nəticəsində cəmiyyətin tam dəstəyini əldə edib, əhalinin maddi vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən islahatlar davamlılığını qoruyub, ən vacibi bu islahatlara geniş xalq dəstəyi yüksələn xətt üzrə müşahidə edilib.

Nəticədə keçirilən sorğuda: “Hakimiyyətin digər qolları (qanunverici və məhkəmə hakimiyyəti) ilə müqayisədə respondentlərin mütləq əksəriyyəti (94.7%) Prezidentə etibar edir. Prezidentə “tam etibar edirəm” deyənlər respondentlərin mütləq çoxluğunu (90.8%) təşkil edir.

2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin, Prezidentə “İnam indeksi”nin öyrənilməsi ilə bağlı keçirilmiş sorğunun nəticələrinin təhlili göstərir ki, Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətt üzrə davam edib. Bu mənzərə onu göstərir ki, ictimaiyyət hakimiyyətin digər strukturları ilə müqayisədə Prezidentə daha çox etibar edir və onların rəqəmlərinin aşağı olması islahatlar proqramının bu sahələrə yönəlməsinin siqnalıdır.

Tamam Cəfərova

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti