...

İnanırıq ki, apardığınız düşünülmüş siyasət sayəsində ölkəmiz bu vəziyyətdən də uğurla və üzü ağ çıxacaq - Vətəndaş Azərbaycan Prezidentinə təşəkkür edir

Siyasət Materials 21 Aprel 2020 09:02 (UTC +04:00)
İnanırıq ki, apardığınız düşünülmüş siyasət sayəsində ölkəmiz bu vəziyyətdən də uğurla və üzü ağ çıxacaq - Vətəndaş Azərbaycan Prezidentinə təşəkkür edir

Bakı. Trend:

İnanırıq ki, apardığınız düşünülmüş siyasət sayəsində ölkəmiz bu vəziyyətdən də uğurla və üzü ağ çıxacaq.

Trend Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Hümmət Əliyevin Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.

Hümmət Əliyevin məktubunda qeyd edilir:

“Hörmətli Prezidentim!

Tarixə nəzər salsaq görərik ki, müxtəlif dövrlərdə dünyamızı bir sıra xəstəlik, epidemiya, təbii fəlakət, iqtisadi böhranlarla üzləşmiş və yalnız güclü, ağıllı liderləri olan dövlətlər bu xəstəliklərdən, bəlalardan xilas ola bilmişlər.

COVİD-19-un yarandığı ilk günlərdən onunla mübarizədə ortaya qətiyyətli iradə qoymağınız, “Biz birlikdə güclüyük!” şüarı ilə xalqı vahid məqsədlə birləşdirməyiniz xalqımızın liderinə olan inamını daha da gücləndirdi. Nazirlər Kabineti yanında Operativ Qrup yaratmağınız əhalini xəstəlik barədə məlumatlandırmaq yolunda ən düzgün addım oldu. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması xalqımızın ürəyincə oldu ki, xeyirxah insanlarımız bu Fonda vermiş olduqları ianələrlə dövlətimizin, Prezidentimizin yanında olduqlarını göstərdilər.

İnanırıq ki, apardığınız düşünülmüş siyasət sayəsində ölkəmiz bu vəziyyətdən də uğurla və üzü ağ çıxacaq.

Pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün verdiyiniz Sərəncam və Fərmanlardan yararlanan bir sahibkar kimi Sizə və rəhbərliyiniz altında çalışan bütün şəxslərə özüm, ailəm və kollektivim adından təşəkkür edirəm.

Cənab Prezident, Sizə bu şərəfli və çətin yolda uğurlar arzulayırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti