...

Nazirlər Kabinetinin baş məsləhətçisinin dövlət qulluğuna xitam verildi

Siyasət Materials 23 Aprel 2020 12:30 (UTC +04:00)
Nazirlər Kabinetinin baş məsləhətçisinin dövlət qulluğuna xitam verildi

Bakı. Trend:

Nazirlər Kabineti (NK) Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov işdən çıxarılıb.

Bu barədə Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ölkə ərazisində koronavirus infeksiyasının (COVID -19) yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etdiyi, həmçinin vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozduğu üçün “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarının tələblərinə əsasən onun işinə son verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti