...

Milli Məclis Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişikliyi təsdiq etdi

Siyasət Materials 1 May 2020 15:18 (UTC +04:00)
Milli Məclis Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişikliyi təsdiq etdi
Milli Məclis Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişikliyi təsdiq etdi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təsdiq edilib.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklikdə cinayətlərin dekriminallaşdırılması təklif edilir, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır, 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur.

Eyni zamanda 30 cinayətə görə azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti