...

Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin səhiyyə nazirlərinin toplantısını keçirəcək - İşçi Qrup yaradılıb (VİDEO)

Siyasət Materials 6 May 2020 22:09 (UTC +04:00)
Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin səhiyyə nazirlərinin toplantısını keçirəcək - İşçi Qrup yaradılıb (VİDEO)

Bakı. Trend:

Qoşulmama Hərəkatı çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə İşçi Qrup yaradılıb. Bu İşçi Qrupunun qarşısında bir neçə vəzifə var. Birinci vəzifə Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin toplantısının keçirilməsidir.

Trend-in məlumatına görə, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri, Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

PA rəsmisi bildirib ki, artıq səhiyyə sahəsində əməkdaşlığa, müxtəlif tibbi protokol və alqoritmlərin bölüşülməsinə, təcrübə mübadiləsinə ehtiyyac vardı:

"Qarşıdan gələn dövr ərzində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərkib hissəsi olaraq, Dünya Səhiyyə Assambleyası baş tutacaq. O çərçivədə Prezident İlham Əliyevin tapşırığından irəli gələrək, Azərbaycan aidiyyatı üzrə səhiyyə nazirlərinin toplantısını keçirəcək. Bu istiqamətdə real işlər gedir, Qoşulmama Hərəkatı daxilində prosedurlardan çıxış edərək, dövlətlərlə razılaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti