...

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Siyasət Materials 31 May 2020 21:00 (UTC +04:00)
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Bakı. Trend:

Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboredən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Burkina-Faso xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram.

Sizə və Azərbaycan xalqına cansağlığı, əmin-amanlıq, firavanlıq və davamlı tərəqqi arzulayıram.

Əmin olun ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün Sizinlə birgə işləməyə daim hazıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Loran Pultye dü Mesnildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublikası Günü münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq.

Fransa Azərbaycan ilə ikitərəfli və çoxtərəfli münasibətlərə böyük əhəmiyyət verir. Bu gün hökumətinizin səyləri nəticəsində ölkələrimiz arasında energetika, nəqliyyat, infrastruktur, yüksək texnologiyalar, ətraf mühit, təhsil, turizm, xidmət sektoru, regionlararası əlaqələr və sair kimi bir çox sahələrdə fəal əməkdaşlıq mövcuddur.

Birgə səylərimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə münasibətlərimizin daha da inkişafına, möhkəmlənməsinə xidmət edir və edəcəkdir.

İctimai həyatın bütün sahələrində uğurla reallaşdırdığınız böyük layihələr nəticəsində əldə olunan dəyişikliklər bizdə xoş təəssürat yaradıb. Bu dəyişikliklər Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətlərlə müşayiət olunur. Qazanılan nailiyyətlər beynəlxalq aləmdə yüksək qiymətləndirilir və ölkənizin dünyadakı mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Bu fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, Fransanın böyük dostu olan Azərbaycan xalqına isə firavanlıq arzulayırıq.

Ölkələrimizin daha da yaxınlaşması üçün Sizinlə əməkdaşlığa hər zaman sadiqik.

Cənab Prezident, ən dərin hörmətimizi qəbul etməyinizi xahiş edirik".

XXX

Tailandın Kralı Maha Vaciralonqkorndan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına və xalqınıza inkişaf və firavanlıq arzulayıram".

XXX

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souzadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti