...

Rusiya və Azərbaycanın iştirakı ilə regional layihələr pandemiyanın təsirinə baxmayaraq reallaşdırılır - Rusiyalı səfir

Siyasət Materials 12 İyun 2020 11:35 (UTC +04:00)
Rusiya və Azərbaycanın iştirakı ilə regional layihələr pandemiyanın təsirinə baxmayaraq reallaşdırılır - Rusiyalı səfir

Bakı. Trend:

Rusiya-Azərbaycan əməkdaşlığının inkişafına heç bir prosesin, o cümlədən koronavirus pandemiyasının təsiri olmamalıdır.

Bunu Rusiyanın Azərbnaycandakı səfiri Mixail Boçarnikov COVID-19 pandemiyasının, eləcə də ABŞ-la Çin arasında iqtisadi rəqabətin nəticəsində Xəzər regionunda regional layihələrin inkişafına mümkün risklər barədə Trend-in sualına cavab verərkən deyib.

Təhlükəsizlik və əsasən Xəzər dənizi ilə əlaqədar Rusiya və Azərbaycanın iştirak etdiyi regional layihələr barədə danışan səfir bildirib ki, tərəflərin birgə strategiyasının funksiyaları 2018-ci ildə Xəzəryanı ölkələr tərəfindən imzalanmış Xəzər Konvensiyasında əks olunub. O vurğulayıb ki, bu sənəd üzərində iş prosesi 20 ilə yaxın davam edib.

Trend-in sualında, həmçinin qeyd olunub ki, nizamlanmamış münaqişələr, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda vəziyyətin destabilizasiyası riskini daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti