...

Azərbaycan Hökuməti ilə BQXK arasında Sazişin qüvvədəolma müddəti uzadıldı - SƏRƏNCAM

Siyasət Materials 12 İyun 2020 17:02 (UTC +04:00)
Azərbaycan Hökuməti ilə BQXK arasında Sazişin qüvvədəolma müddəti uzadıldı - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

Trend-in məlumatına görə, Sərəncamla Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında 2020-ci il mayın 7-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilir.

Bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə bildiriş göndərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti