Milli Qurtuluş Günü - xalqımızın zəfər tarixi (VİDEO)

Milli Qurtuluş Günü - xalqımızın zəfər tarixi (VİDEO)

Bakı. Trend:

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Böyük xilaskarlıq qayıdışı
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Respublika informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi.

Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı.

Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.

Vətənə xidmət nümunəsi

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident cənab İlham Əliyevin əlindədir.

Prezident cənab İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, davamlı yeniləşən və müasirləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

* * * * *

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi 15 İyun - Milli Qurtuluş Gününə həsr olumuş videokompozisiya hazırlamışdır. Videokompozisiyaya aşağıdakı link vasitəsilə baxa bilərsiniz.

Samsung Galaxy S20 FE - ən yaxşı flaqman xüsusiyyətləri sərfəli qiymətə
Samsung Galaxy S20 FE - ən yaxşı flaqman xüsusiyyətləri sərfəli qiymətə
"Instagram"ın işində qüsurlar yaranıb
"Instagram"ın işində qüsurlar yaranıb
"Azərkosmos": Vardenis-Ağdərə yolu da daxil olmaqla bütün Azərbaycan ərazisində davamlı monitorinqlər aparılır
"Azərkosmos": Vardenis-Ağdərə yolu da daxil olmaqla bütün Azərbaycan ərazisində davamlı monitorinqlər aparılır
Loading Bars
Xəbər lenti
Düşmənin ehtiyat qüvvələri məhv edilib
Mingəçevir Dövlət Universitetinin təqaüdə ayrılmış müəllimi Gümayev Mirzə Həsən oğlu vəfat edib
Gürcü ekspert: Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi beynəlxalq hüququn tələbidir
Rusiyada ikinci koronavirus vaksininin qeydiyyatı başlayıb
Amerikalı jurnalist Paşinyanın "suriyalı döyüşçülər" barədə yalanını ifşa etdi
Cəbhəyanı rayon və kəndlərdə kənd təsərrüfatı işləri adi qaydada davam etdirilir - Nazirlik
Bosniya və Herseqovinanın sabiq baş naziri: Ermənilərin artilleriya atəşi münaqişənin eskalasiyasına gətirib çıxardı
Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Bəyanat
Bəhruz Quliyev: Azərbaycan öz halal torpaqlarından imtina etməyəcək
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşüblər
Gürcü sərhədçiləri Dağlıq Qarabağ zonasına şin aparan yük maşınlarının qarşısını alıb
Türkiyə Müdafiə Nazirliyi: Ermənistan 30 il əvvəl olduğu kimi, bu gün də dinc sakinləri hədəf alır
Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib (VİDEO)
Ekspert: Vətənpərvər şagirdlərin yetişməsi üçün tarix, ədəbiyyat, coğrafiya müəllimlərinin üzərinə daha böyük məsuliyyət düşür
Sabah bu rayonlarda yağış yağacaq, dolu düşəcək
DTX veteranı: Ermənilərin son təxribatları onların müharibəyə başlamasına işarə idi
“Smart Customs” mobil tətbiqi ilə məcburi bəyanetmə müvəqqəti dayandırılıb
Makron Putin və Trampla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etməyi planlaşdırır
Albaniyanın sabiq prezidenti: Ermənistanın işğalı dayandırılmalıdır
Səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının videogörüntüləri
AMEA-nın Azad Həmkarlar İttifaqı bəyanat verdi
Avtomobillərin addan-ada keçirilməsi üçün dövlət rüsumunun müəyyənləşməsi qaydası dəyişir
Tamam Cəfərova: 27 sentyabr hadisələri Ermanistanın yeni işğal siyasətinin təzahürüdür
7 şagirddə koronavirus aşkarlandı
Tural Gəncəliyev: Qarabağda yaşayan ermənilər Ordumuza, dövlətimizə sığınmalıdırlar (VİDEO)
Hikmət Hacıyev: BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədən regionda sülhün bərqərar olması mümkünsüzdür
Müdafiə Nazirliyi: Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib
Azərbaycan nefti ucuzlaşıb
Binəqədidə yüzlərlə şəxs könüllü olaraq hərbi xidmətə yollanıb (FOTO)
Hikmət Hacıyev: Ermənistan işğalçıdır, Azərbaycan isə ədaləti bərpa edir (VİDEO)
MN: Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır
Çavuşoğlu: Sülh üçün Ermənistan işğal etdiyi ərazilərdən dərhal çıxmalıdır
Gürcü ekspert: Bəzi kəndləri azad etməklə Azərbaycan ərazi bütövlüyünün bərpasına başladı
Paytaxt üzrə 28 direktor vəzifəsi vakansiyaya çıxarılıb
Gəncədə iki rayon ləğv edilə bilər
XİN: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir
Bizim yolumuz haqq yoludur
ABŞ-ın ATƏT-dəki səfiri: Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə sadiqdir
Azərbaycanda iki yeni medal təsis edilir
Kaliforniyada F-35 qırıcısı yanacaqdoldurma təyyarəsi ilə toqquşub
Peşə məktəblərinə işə qəbul üçün müraciətlərin sayı 600-ü ötüb
Samsung Galaxy S20 FE - ən yaxşı flaqman xüsusiyyətləri sərfəli qiymətə
İranlı deputat: Ermənistan işğal etdiyi Dağlıq Qarabağı tərk etməlidir
Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir (VİDEO)
Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur – Ermənistanla bağlı qeyd-şərt qoyuldu
Azərbaycan daha bir ölkədə səfirlik açır – Milli Məclis təsdiq etdi
Milli Məclisin Hesablayıcı Komissiyasına yeni üzv seçilib
Ermənilər Gürcüstan-Türkiyə magistralını bağlamağa cəhd ediblər
Ermənilər qaçmaqla canını qurtarır: Qarabağ küçələri kimsəsizləşib
Spiker: Bu gün Azərbaycan tarixində yeni zəfər tarixi yazılır
Milli Məclisdə jurnalistlər üçün 3 yeni iş otağı yaradılıb
On minlərlə həmvətənimiz könüllü döyüşlərə qatılmaq istəyir - MN
Ermənistanda koronavirusa yoluxanların sayı 50 mini keçdi
Gürcüstan Azərbaycanlılarının Milli Konqresi: Ermənistan çoxdan Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməli idi
Prezidentə yazırlar: “Ali Baş Komandan, sizə inanırıq, sizinlə birlikdəyik...”
Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur
Təhsil Nazirliyində vətəndaşların qəbulu noyabrın 2-dək dayandırılıb
Cəbhə xəttində baş verən erməni təxribatı ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb - Sahibə Qafarova
İrandakı azərbaycanlılar Ermənistana hərbi texnika daşıyan maşınları yandırıb (FOTO\VİDEO)
Rusiyalı ekspert: İlham Əliyev Paşinyanı yerində otuzdurdu
Müdafiə Nazirliyi: Düşmən qruplaşması mühasirəyə alınıb
Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər “ASAN ödəniş”ə inteqrasiya olunub
Jan Fransua Mansel Fransadan ədalətli mövqe tələb edib
Azərbaycan xalqı və siyasi partiyalar yekdilliklə Prezidentin yanındadır - Deputat
İsrailli yazıçı: Döyüş əməliyyatları sırf Ermənistanın işğal etdiyi əzəli Azərbaycan ərazilərində aparılır
Deputatlar bu gün 22 məsələni müzakirə edəcək
Metyu Brayza: Bu gün vəziyyət 1994-cü ildən tamamilə fərqlənir
Ali məktəblərin vakant yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçiminin müddəti uzadılıb
Sentyabrın 30-da xarici valyutaların manata qarşı məzənnələri
ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti müzakirə edib
Ermənistanın Tərtərə atəşi nəticəsində 7 mülki şəxs yaralanıb
Gürcü ekspert: Beynəlxalq ictimaiyyət Bakını tam dəstəkləyir
Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib: 1 S-300 sıradan çıxarılıb
Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur
Yaponiyanın yeni Baş naziri oktyabr ayında ilk xarici səfərini edəcək
Dünya Bankının rəhbəri koronavirusa qarşı peyvənd üçün 12 milyard dollarlıq planın təsdiqlənməsini istəyir
Paytaxtda komendant saatı qaydalarının təmin olunması tədbirləri davam etdirilir (FOTO)
Ermənistanın son hərbi təxribatı ABŞ mətbuatında işıqlandırılıb
"Disney" 28 min işçisini ixtisara salacaq
Messi "Barselona"dakı böhrana görə azarkeşlərindən üzr istəyib
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qapalı iclas keçirib
"Instagram"ın işində qüsurlar yaranıb
Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Moskvada koronavirusdan ölənlərin sayı 5 230 nəfərə çatıb
Ceyhun Bayramov Niderland Xarici İşlər naziri ilə telefon danışığı aparıb
Bu gün Azərbaycan Ordusu öz torpağında vuruşur - “Hədəf”də MÜZAKİRƏ
Müdafiə Nazirliyi: Ermənistan ordusunun mövqeləri darmadağın edilib
Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb
Prezident İlham Əliyev: Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin
Azərbaycan Prezidenti: Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur
Prezident İlham Əliyev: Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür
Prezident İlham Əliyev: Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan
Azərbaycan Prezidenti: Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur
Prezident İlham Əliyev: Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı şayiələr feyk-nyusdur
Prezident İlham Əliyev: Biz təcavüzkara adekvat cavab verməyə, öz xalqımızı və torpağımızı müdafiə etməyə məcbur idik
Türk Hava Yolları Azərbaycana həyata keçirilən uçuşların təxirə salınması ilə bağlı yayılan məlumatları təkzib edib
Müdafiə Nazirliyi rəşadətli Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı maraqlı paylaşım edib
Ceyhun Bayramovun Latviyalı həmkarı ilə Qarabağı müzakirə edib
Prezident İlham Əliyev “60 dəqiqə” proqramında sualları cavablandırıb (YENİLƏNİB-2)
Ceyhun Bayramovun Litva Respublikasının Xarici İşlər naziri ilə telefon danışığı baş tutub
Bütün xəbərlər