...

Leyla Abdullayeva: Son bir ay ərzində 1000-ə yaxın vətəndaş Azərbaycana gətirilib

Siyasət Materials 18 İyun 2020 19:59 (UTC +04:00)
Leyla Abdullayeva: Son bir ay ərzində 1000-ə yaxın vətəndaş Azərbaycana gətirilib

Bakı. Samir Əli - Trend:

Rusiyada müvəqqəti olan vətəndaşlarımız səbrli olmalı və Azərbaycana gətirilmələrini gözləməlidirlər.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanın digər ölkələrdə qalan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində işlər davam edir: "İki ölkə Prezidenti arasında bu barədə telefon danışığı olub. Son bir ay ərzində 1000-ə yaxın vətəndaş Azərbaycana qaytarılıb. Proses həm hava, həm də quru yolla həyata keçirilir. "Evegedirem" portalından qeydiyyatdan keçməklə həmin şəxslər geri qaytarılır. Bu prosesdə əsasən, yaşlılar, qadın və uşaqlar nəzərə alınır. Amma bəziləri portaldan qeydiyyatdan keçsə də, sərhəd məntəqələrinə üz tutur. Azərbaycanın Rusiyadakı səfirliyi və biz dəfələrlə müraciət etmişik ki, qeydiyyatdan keçən şəxslər cavab gözləsinlər. Onlar geri qaytarılacaq. Sadəcə, səbr nümayiş etdirsinlər, olduqları ölkənin qanunlarına riayət etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti