...

Aleksandr Şarosvki: Yəhudilərin xoşbəxtliyidir ki, Azərbaycanda ən çətin sınaqlara baxmayaraq özlərinə ev tapdılar, burada xoşbəxt yaşayırlar və yaşayacaqlar

Siyasət Materials 8 İyul 2020 14:42 (UTC +04:00)
Aleksandr Şarosvki: Yəhudilərin xoşbəxtliyidir ki, Azərbaycanda ən çətin sınaqlara baxmayaraq özlərinə ev tapdılar, burada xoşbəxt yaşayırlar və yaşayacaqlar

Bakı. Trend:

Yəhudilərin xoşbəxtliyidir ki, Azərbaycanda ən çətin sınaqlara baxmayaraq özlərinə ev tapdılar, övladlarını dünyaya gətirdilər, karyera qurdular, burada xoşbəxt yaşayırlar və yaşayacaqlar

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, aktyor, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü, Avropa Yəhudiləri Bakı dini icmasının sədri Aleksandr Şarosvki “Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsi çərçivəsində keçirilən videokonfransda deyib.

Videokonfrans Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilib. “Mənim yolum” Uşaq Mərkəzinin rəhbəri və Nyu York şəhərinin dağ yəhudi icmasının nümayəndəsi Alyona Bədəlovanın moderatorluğu ilə keçirilən tədbirdə Avropa Yəhudiləri Bakı dini icmasının sədri Aleksandr Şarovski, icmanın baş ravvini Sneor Seqal, Diasporla İş üzrə Dövlət Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.

Aleksandr Şarovski Ulu Öndər Heydər Əliyevin fikirlərini xatırladaraq sözə başlayıb və qey edib ki, Heydər Əliyev hər zaman deyirdi ki, bura sizin evinizdir, burada həmişə sülh , əmin-amanlıq şəraitində yaşayacaqsınız, sizin sakit və uğurlu həyatınınz üçün bütün imkanlar olacaq. Bu böyük iş bü gün də Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Avropa Yəhudiləri Bakı dini icmasının baş ravvini Sneor Seqal bildirib ki: “Ümumilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda yəhudilərin həyatı çiçəkləndi və inkişaf etdi.Yəhudilər Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq modelini hər zaman hiss edir”.

Videokonfransın moderatoru Alyona Bədəlova Azərbaycanda heç vaxt antisemitizm və ksenofobiyanın olmaması, xalqımızın tarix boyu multikultural dəyərlərə sahib olması, burada dini dünyagörüşündən asılı olmayaraq hər kəsin müstəqil fəaliyyət göstərməsi və rahat yaşaması barədə fikirlərini diqqətə çatdırıb. O, qeyd edib ki: “Biz Azərbaycanda yəhudi ənənələrini qoruyub saxlaya və öz övladlarımıza ötürə bilmişik”.
“Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsi Azərbaycandakı multikulturalizm və tolerantlıq dəyərlərini dünyada təbliğ etmək, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrdə mövqelərinin möhkəmlənməsinə töhfə vermək, ölkəmizdəki diaspor təşkilatları, icmalar, dini qurumlarla əlaqələri və tərəfdaşlığı genişləndirmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti