...

Erməni təxribatları ilə əlaqədar Azərbaycandakı siyasi partiyaların qəbul etdiyi milli həmrəyliyə dair bəyanatın əhəmiyyəti

Siyasət Materials 18 İyul 2020 10:14 (UTC +04:00)
Erməni təxribatları ilə əlaqədar Azərbaycandakı siyasi partiyaların qəbul etdiyi  milli həmrəyliyə dair bəyanatın əhəmiyyəti

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar ilə əlaqədar Azərbaycanda qeydiyyatda olan və fəaliyyət göstərən 43 siyasi partiya tərəfindən milli həmrəyliyə dair bəyanat qəbul edilib. Bu Azərbaycanın siyasi həyatında ilk belə hadisədir. Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etdirməkəri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları, hamıya nümunə olmalıdır.

Bəyanatda, o cümlədən qeyd olunur: “Biz, Azərbaycan siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənmizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.”

Fəaliyyətdə olan siyasi partiyaların tam əksəriyyətinin belə bir bəyanat qəbul etməsi ölkəmizdə mövcud olan milli birliyi, xalq iqtidar birliyini daha da möhkəmləndirərək, həm daxildə, həm də xaricdə mövcud olan anti-milli qüvvələrə vurulan zərbədir. Belə bir zamanda təxribatçıların və beşinci kolonun vəziyyəti gərginləşdirməyə çalışmalarının qarşısı dərhal və qətiyyətlə alınmalı, günahgarlar layiqli cəzalarını almalıdırlar.

Rauf Əliyev

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti