...

Azərbaycanın siyasəti ədalətli siyasətdir və beynəlxalq hüquqa, tarixi ədalətə söykənir - Deputat

Siyasət Materials 24 İyul 2020 14:18 (UTC +04:00)
Azərbaycanın siyasəti ədalətli siyasətdir və beynəlxalq hüquqa, tarixi ədalətə söykənir - Deputat

Bakı. Trend:

Azərbaycanda dövlət tərəfindən görülən işlər vətəndaşlarımızın təhlükəsiz, sağlam və sosial rifah həyatının təmin edilməsi ilə bağlıdır.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Millət vəkili xatırladıb ki, Bakının Xətai rayonunda 21 iyul 2020-ci ildə şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Bu çətin pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qrumlarına müraciət edib. Onu da bildirməliyəm ki, Azərbaycan bu siyahıda yoxdur, biz öz hesabımıza yaşayırıq. Neftin qiyməti kəskin aşağı düşür, buna baxmayaraq, biz bu işləri görürük. Budur siyasət”.

B.Əliyev vurğulayıb ki, elə təkcə onu qeyd etmək olar ki, şəhid ailələrinin, müharibə əlillərinin, az təminatlı ailələrin, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir:

“Bu istiqamətdə son illər ərzində çox böyük işlər görülüb. 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Əlilliyi olan şəxslərə əlavə olaraq 400 avtomobil verilməsi də nəzərdə tutulur.

Məcburi köçkünlər üçün dövlət hesabına 110 şəhərcik tikilərək onların istifadəsinə verilib.

Eyni zamanda kommunal xərclərin ödənilməsi üçün də dövlət tərəfindən onlara müvafiq maliyyə vəsaiti ödənilib. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə özəl şirkətlər də sosial layihələrin həyata keçirilməsi prosesinə fəal surətdə qoğulmağa başlayıblar. “Paşa Holdinq” tərəfindən öz vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilib və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Bu, həm ölkəmizdə vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir”.

Komitə sədri vurğulayıb ki, keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb:

“Müstəqiliyimizin ilk illərində ölkə iqtisadiyyatı belə imkanlar yaratmırdı. 1994-cü ildə bütün çətinliklərə, dövlət çevrilişi cəhdlərinə baxmayaraq “Əsrin kontraktı”nın imzalanması, 1995-ci ildə anarxiyadan sabitliyə keçidin təmin edilməsi ölkədə uğurlu siyasi və iqtisadi islahatlar həyata keçirilməsinə ikman verdi.

Qısa müddətdə Azərbaycanın dayanıqlı və davamlı iqtisadi inkişafı təmin edildi. Məhz bunun nəticəsində Azərbaycan artıq böyük iqtisadi potensiala və müstəqil siyasət kursuna malik güclü dövlətlərdən biridir. Bu isə sosial problemlərin ardıcıl və sistemli şəkildə həllinə imkan verir.

Prezident İlham Əliyevin tam dəqiqliklə qeyd etdiyi kimi, indi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər. Prezidentin çağırışından bir həftə keçməmiş əlli minə yaxın insan orduda xidmət etmək üçün müvafiq dövlət qrumunda qeydiyyatdan keçiblər.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin ediləcək, biz işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıdacağıq. Buna nə Ermənistanın, nə də gözləmə mövüeyində olan qüvvələrin qətiyyən şübhəsi olmasın! Çünki bizim siyasətimiz ədalətli siyasətdir və beynəlxalq hüquqa, tarixi ədalətə söykənir!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti