...

Dünyanın iki ən böyük yəhudi təşkilatı Los Ancelesdə azərbaycanlılara qarşı erməni hücumlarını pisləyib (FOTO)

Siyasət Materials 25 İyul 2020 10:39 (UTC +04:00)

Bakı. Trend6

ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Simon Vizental Mərkəzi (SVM) və Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles nümayəndəliyi 21 iyul tarixində Baş Konsulluq qarşısında erməni daşnakları tərəfindən azərbaycanlı icma üzvlərimizə qarşı həyata keçirilən vəhşilikləri pisləyib.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Trend-ə verilən məlumata görə, yayılan açıqlamalarda azərbaycanlı icma üzvlərimizin zorakı hücumlara məruz qalması qınanılıb və bunun qəbuledilməz olduğu bildirilib. Eyni zamanda, Los Anceles Polis İdarəsinə nifrət zəminində törədilmiş həmin cinayətlərin düzgün şəkildə araşdırılması ilə bağlı çağırış edilib.

Qeyd edək ki, vətəndaşlarımıza qarşı erməni daşnakları tərəfindən zorakılığın törədilməsindən dərhal sonra Los Ancelesdəki Baş Konsulluğumuz uzun müddətdən bəri dostluq münasibətləri saxladığı ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarını bu cinayət barədə dərhal məlumatlandıraraq, fərqli millətlərin yaşadığı Los Anceles kimi şəhərdə etnik nifrət zəmnində belə bir vəhşiliyin törədilməsinin qətiyyətlə pislənilməsinin vacibliyini bildirmişdi. Nəticədə sözügedən yəhudi təşkilatları bu bəyanatlarla çıxış edərək Azərbaycan ilə həmrəylik nümayiş etdirib.

Baş Konsulluq daşnakların bu vəhşiliyinə ABŞ ictimaiyyətinin diqqətinin cəlb edilməsi istiqamətində tədbirlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti