...

Prezident İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib

Siyasət Materials 24 Avqust 2020 16:53 (UTC +04:00)
Prezident İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib

Bakı. Trend:

Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı ünvanlayıb.

Trend xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli xanım Prezident,

Ölkənizin Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti