Bakı. Trend:
"Rossiya 1" telekanalının “60 dəqiqə” verilişində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı yerində otuzdurdu.
Trend-in məlumatına görə, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko öz "Twitter" səhifəsində yazıb.
O, ötən gün Rusiya televiziyasında baş tutmuş debatı şərh edib:
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ hadisələri ilə bağlı eksklüziv şərhlər etdiyi “60 dəqiqə” verilişinin canlı yayımını izlədim. Əliyev Paşinyanı yerində otuzdurdu - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məktəbi məhz budur”.
O, daha bir paylaşımında isə N.Paşinyanın dünya liderlərinə zənglərini xatırladıb:
“Paşinyan hər kəsə zəng elədi? Bəs Sorosa zəng elədi?”