...

Bölgədə sülh bərqərar olunsa, bundan Moskva da, Berlin də, Paris də yararlanacaq - YalçınTopçu

Siyasət Materials 12 Oktyabr 2020 11:49 (UTC +04:00)
Bölgədə sülh bərqərar olunsa, bundan Moskva da, Berlin də, Paris də yararlanacaq - YalçınTopçu

Bakı. Trend:

Ermənistanın cinayətkar hökuməti PKK-YPG terror təşkilatları ilə birgə hər zaman olduğu kimi Azərbaycan torpaqlarına hücum edib, mülki əhaliyə qarşı hərbi cinayət törədib.

Bunu Trend-ə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Onun sözlərinə görə, Ermənistan hökumətlərinin xisləti “Daşnak”, “Hnçak”, “Nemesis” terror təşkilatlarıdır:

"Ermənistanda bölgədə sülhü təmin edəcək hökuməti nə erməni diasporu, nə də Ermənistanı istifadə edən ölkələr arzu etmir. Ona görə də ölkədə hər bir iqtidar onların istədiyini edir. Atəşkəsi də pozmaqla mülki əraziləri atəşə tutur. Bəs ATƏT nə edir, tez-tələsik atəşkəsi təmin edən Rusiya nə edir? Qafqazda sülh və sabitlik təmin olunmasa, Azərbaycanın Qarabağ üzərində hüququ bərpa olunmasa, Rusiya nə qədər güclü olursa olsun, Moskva da bundan zərər görəcək. Bölgədə sülhün təmin olunmasının bir şərti var, BMT Baş Assambleyasının ortaya qoyduğu şərt: “Ermənistan burada işğalçıdır və qeyd-şərtsiz geri çəkilməlidir”. Bu şərt icra olunmur. Bu qərar dərhal icra olunmalıdır. Bölgədə sülh bərqərar olunsa, bundan Moskva da, Berlin də, Paris də yararlanacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti