...

Milli Məclis Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat vəsait köçürüb

Siyasət Materials 12 Oktyabr 2020 20:27 (UTC +04:00)
Milli Məclis Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat vəsait köçürüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq bu günlərdə Milli Məclisin Sədri, Sədr müavinləri, deputatlar, parlament Aparatının və İşlər idarəsinin kollektivləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 360 min manat pul vəsaiti köçürmüşlər.

Bu barədə Milli Məclisin Mətbuat xidmətindən Trend-ə bildirilib.

Milli Məclisin əməkdaşları Şanlı Ordumuza onun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlar diləyir!

Yeni-yeni zəfərlər müjdəsi ilə!
Biz birlikdə güclüyük!
Qarabağ Azərbaycandır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti