...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Prezident İlham Əliyevə məktub göndərib

Siyasət Materials 12 Oktyabr 2020 23:10 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Prezident İlham Əliyevə məktub göndərib

Bakı. Trend:

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş Naziri, 2012-2015-ci illərdə Baş Nazirin müavini və Xarici İşlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Zlatko Laqumciya Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident.

Biz Balkan yarımadasında, xüsusilə də Bosniya və Herseqovinada müharibənin nə olduğunu, ölkənizin bu gün yaşadıqlarını yaxşı anlayırıq. Bu ağrı-acının keçməsi bir müddət vaxt aparacaq.

Siz ölkənizi uğurla müdafiə edən Lidersiniz. Təəssüflər olsun ki, 30 il bundan əvvəl ölkəmizdə olduğu kimi, biz yenə də beynəlxalq hüququn prinsiplərinə göz yumulduğunun və səssiz qalmanın şahidi oluruq. Biz dünya birliyini Azərbaycan Respublikasının ərazi bütövlüyünə tam hörmət edərək, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll edilməsi istiqamətində səylərini artırmağa çağırırıq.

Biz beynəlxalq səviyyədə bununla bağlı təbliğat aparılması üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzində öz resurslarımızı səfərbər etmişik.

Sizin hərtərəfli dəstəyiniz sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Balkan yarımadasındakı fəaliyyətini yüksək qiymətləndirirəm. Köməyə ehtiyac olarsa, biz öz gücümüz daxilində və “Ortaq dəyərlər və cəmiyyət” adlı fondumu, eləcə də regiondan olan dostlarımı səfərbər etmək üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi ilə əlaqə saxlamışam.

İnanıram ki, Azərbaycan üçün çox çətin olan bu dövrdə haqq-ədalət tezliklə zəfər çalacaq. Biz birlikdəyik!

Əminəm ki, Bosniya və Herseqovina xalqının mütləq əksəriyyəti ölkənizin hansı çətinliklərdən keçdiyini çox gözəl anlayır və buna görə də biz Azərbaycan xalqını qətiyyətlə dəstəkləyirik."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti