...

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Siyasət Materials 14 Oktyabr 2020 00:29 (UTC +04:00)
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Bakı. Trend:

Bu ilin 13 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlər bölgədəki mövcud olan son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Moskva görüşündə əldə olunmuş humanitar atəşkəsə rəğmən Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı dinc insanları və mülki obyektləri, cəbhə zonasından çox kənarda yerləşən şəhərləri atəşə tutmasını, Ermənistanın növbəti dəfə beynəlxalq humanitar hüququ və öz öhdəliklərini kobud şəkildə pozduğunu qeyd edib.

Nazir Mövlud Çavuşoğlu mülki şəxslərin hədəfə alınması ilə bağlı ciddi narahatlığını ifadə edib, Ermənistanın işğalçı siyasətinə son verilməsinin vacib olduğunu vurğulayıb. Nazir Ceyhun Bayramov qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə hər zaman sərgilədiyi dəstəyinə görə təşəkkür ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti