...

Ermənilər sosial şəbəkələrdə Azərbaycan əsgərinə heç bir aidiyyəti olmayan saxta videolar paylaşır - Müdafiə Nazirliyi

Siyasət Materials 15 Oktyabr 2020 16:52 (UTC +04:00)
Ermənilər sosial şəbəkələrdə Azərbaycan əsgərinə heç bir aidiyyəti olmayan saxta videolar paylaşır - Müdafiə Nazirliyi

Bakı. Trend:

Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır. Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur:

"Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu hərbi qanunvericiliyə uyğun olaraq Cenevrə Konvensiyasının tələblərinə riayət edərək hərəkət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti