...

Ukraynanın Azərbaycandakı Səfirliyi Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını qəti şəkildə qınayır

Siyasət Materials 17 Oktyabr 2020 19:04 (UTC +04:00)
Ukraynanın Azərbaycandakı Səfirliyi Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını qəti şəkildə qınayır

Bakı. Trend:

Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi dinc əhalinin həlakına və yaralanmasına, eləcə də onların evlərinin dağılmasına səbəb olmuş Azərbaycanın Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını qəti şəkildə qınayır.

Trend-in məlumatına görə, bu barədə Səfirliyin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Mülki obyektlərə və dinc əhaliyə yönəlmiş hər-hansı hücumlar əsassızdır və dərhal dayandırılmalıdır.

Həlak olanların ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, yaralıların tez bir zamanda sağalmasını diləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti