Vüqar Rəhimzadə: Ermənistanın Gəncədə törətdiyi növbəti qətliam vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi

Vüqar Rəhimzadə: Ermənistanın Gəncədə törətdiyi növbəti qətliam vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi

Bakı. Trend:

“Son günlər qəhrəman Gəncə şəhəri Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı Azərbaycan xalqının müqavimət rəmzinə çevrilib. Bunu oktyabrın 16-dan 17-nə keçən gecə baş verən qanlı hadisələr bir daha sübut etdi. Gecə saat 1 radələrində terrorçu Ermənistan dövləti tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri və yarım milyona yaxın əhalisi olan Gəncənin yenidən, bu dəfə daha amansız şəkildə raket atəşinə tutulması nəinki vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi.”

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı müharibə cinayəti və dövlət səviyyəsində terror aktları həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdləri növbəti dəfə tam iflasa uğradı: “İşğalçı Ermənistanın dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə məruz qalmış Gəncə əhalisi, ümumilikdə bütün xalqımız yağı düşmənin mülki vətəndaşlara qarşı yönəlmiş bu alçaq, insanlığa sığmayan hərbi cinayətlərinə baxmayaraq, Vətənimizin və dövlətimizin taleyinin həll olunduğu bu ağır günlərdə heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini tələb edir.”

Vüqar Rəhimzadə əlavə edib ki, vətəndaşlar yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər: “Bu gün mübaribə ab-havası ilə yaşayan Azərbaycanın hər bir guşəsində, o cümlədən kəmfürsət düşmənin fasiləsiz açdığı invensiv raket atəşləri altında yaşamağa məcbur olan Gəncə şəhərində insanlar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, ona misilsiz etimad göstərir, arxasında möhkəm durduqlarını bəyan edirlər.”

Baş redaktor bildirib ki, Böyük Qələbəyə köklənmiş Azərbaycan xalqından və müzəffər ordumuzdan fərqli olaraq bədbinlik içində üzülən, döyüş bölgələrində bir-birinin ardınca ciddi məğlubiyyətə uğrayan, xüsusilə bu gün 30 il işğal altında saxladığı böyük strateji əhəmiyyətə malik Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirən işğalçı Ermənistan ordusunun müqavimət qabiliyyəti tam tükənib: “Düşmən ordusu iflic vəziyyətinə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb. Artıq qalibiyyətli Azərbaycan Ordusunun qarşısıalınmaz əks-hücumları nəticəsində müqavimət qabiliyyətini tamamilə itirən Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir. Eyni zamanda, bu gün cəbhədə bir-birini əvəz edən ardıcıl məğlubiyyət sindromu iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Ölkə daxilində baş nazir Nikol Paşinyanın həyata keçirdiyi yarıtmaz siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Pərakəndə vəziyyətdə olan ordunun şəxsi heyətində baş verən ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır, artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar. Əsgərlər arasında kütləvi fərarilik baş alıb gedir, orduda xidmətdən boyun qaçıranları məsuliyyətə cəlb etmək praktikası da heç bir nəticə vermir. Ölkədə və orduda mövcud olan son dərəcə acınacaqlı vəziyyət Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu qoymur. Artıq Paşinyan müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa cəhd göstərir. Bu çabalarının heç bir nəticə vermədiyini anlayan Paşinyan və onun yırtıcı komandası döyüş meydanında uğradığı ağır məğlubiyyəti Azərbaycanın ayrı-ayrı yaşayış məntəqələrində, o cümlədən Gəncədə günahsız mülki vətəndaşalara qarşı gecəyarısı xaincəsinə raket hücumları ilə konpensasiya etməyə çalışır.”

Vüqar Rəhimzadə diqqətə çatıdırıb ki, dövlət səviyyəsində terror siyasəti həyata keçirən Ermənistan oktyabrın 17-də gecə saatlarında Gəncəyə növbəti dəfə xaincəsinə ballistik raketlərlə hücum edərək 4-ü körpə uşaq olmaqla daha 14 nəfər günahsız insanı qətlə yetirib, 55-dən artıq vətəndaşımızı yaralayıb: “Bu qanlı terror aktı bir daha beynəlxalq qanunvericiliyin, 1949-cu il Cenevrə Konvensyalarının və onların Əlavə Protokollarının tələblərinin kobud şəkildə pozulması deməkdir. Bu səbəbdən də beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın dinc mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətlərə laqeyd qalmamalı, faşist xislətli bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.”

Baş redaktor vurğulayıb ki, əgər beynəlxalq ictimaiyyət bu dəfə də işğalçı dövlətin xalqımıza qarşı törətdiyi qanlı terror aktlarını susqunluqla qarşılasa, Azərbaycan dövlətinin özü Ermənistanın hərbi-siyasi rəhbərliyini törətdiyi hərbi cinayətlərə görə cəzalandıracaq. Bu cəza isə daha amansız, terrorçu dövlətin dinc vətəndaşlarımıza qarşı törətdiyi ağır cinayətlərə adekvat olacaq, Buna heç kimin, o cümlədən Ermənistanın havadarlarının da şübhəsi olmasın.”

“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiqləndi
“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiqləndi
Mingəçevir Dövlət Universitetində onlayn Oriyentasiya Günü keçiriləcək
Mingəçevir Dövlət Universitetində onlayn Oriyentasiya Günü keçiriləcək
Beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi sürücüləri yenidən hazırlıq keçməyəcəklər
Beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi sürücüləri yenidən hazırlıq keçməyəcəklər
Loading Bars
Xəbər lenti
Türkiyədə koronavirusdan sağalanların sayı 308 mini ötüb
Soros planını həyata keçirmək mandatını almış Paşinyan Moskvaya arxa çevirir - İstiqamət Avropadır
Polşa koronavirusun üçüncü dalğasına hazırlaşır
Almaniyanın “Deutsche Welle” telekanalında Ermənistanın Gəncəyə raket hücumu barədə reportaj yayımlanıb (FOTO)
Paşinyan əli silah tuta bilməyən erməniləri ölümə göndərmək istəyir - Etirazlar başladı
Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrinin icra olunması üçün petisiya hazırlanıb
Azərbaycan və Türkiyə XİN başçılarının telefon danışığı olub
Bu sevinci bizə yaşadan Ali Baş Komandana təşəkkür edirəm - Zəngilan sakini (VİDEO)
Erməni “Meydan”ı...
XİN Paşinyanın münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlama verib
Prezident İlham Əliyev: Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Füzuli rayonunun daha üç kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Cəbrayıl rayonunun daha 5 kəndi işğaldan azad edildi
Ermənistanın Rusiyaya növbəti xəyanəti - Bu dəfə NATO-ya doğru
Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur - İbrahim Kalın
“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiqləndi
Mingəçevir Dövlət Universitetində onlayn Oriyentasiya Günü keçiriləcək
Azərbaycanlı ekspertlərin İngiltərə mətbuatında Qarabağ həqiqətləri barədə məqaləsi dərc edilib
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi ilə bağlı Koordinasiya Şurası yaradılıb
Beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi sürücüləri yenidən hazırlıq keçməyəcəklər
Ermənistan Türkiyədən məhsul idxalını dayandırır
Azərbaycan uğurlu əməliyyatla torpaqlarını işğaldan azad edir - Pakistan səfiri
Döyüşlərdə iştirak edən şəxsi heyət üçün “Əsgərə məktub” layihəsi keçirilib (FOTO/VİDEO)
Ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edir
Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb - MN
Düşmənin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır - Anar Eyvazov
İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib (FOTO)
İşğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlanıb (FOTO)
Polşa azərbaycanlıları işğalçı Ermənistan ordusunun Gəncə terroruna etiraz edir (FOTO)
Kamran Əliyev Türkiyənin Baş Ombudsmanı ilə görüşüb (FOTO)
Dünya prokurorlarına müraciət ünvanlanıb
İllərdir formalaşmış hərbi büdcə döyüş meydanında öz bəhrəsini verir - Hərbi ekspert
İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti ölkəmizdə səfərdədir
Üzərində "Karabakh is Azerbaijan" yazıln promo avtomobillər London küçələrində (FOTO/VİDEO)
Hikmət Hacıyev Paşinyanın son açıqlamasına cavab verdi
Kamran İmanov: Ermənistanın törətdiyi vandalizm və barbarlıq hərəkətləri insanlığa qarşı cinayətdir (FOTO)
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərə qaz xəttləri çəkilir
25 müəssisəsdə kobud qayda pozuntuları aşkarlanıb
Oktyabrın 22-də manatın dollara qarşı məzənnəsi
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib (FOTO)
Azərbaycan könüllüləri erməni təcavüzündən zərər görmüş ailələrə baş çəkiblər (FOTO)
Paşinyan: Münaqişənin sülh yolu ilə həlli mümkün deyil
İcbari tibbi sığorta üzrə fərdi uçotun aparılması qaydası müəyyənləşib
Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb
Bakı Ali Neft Məktəbinin tələbələri təqaüdlərini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü
Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz (FOTO)
Nurlanə Əliyeva: Müşfiqin yadigarı - Dilbər Axundzadə (FOTO)
“AccessBank” hərbi qulluqçulara və cəbhə bölgəsinin sakinlərinə kömək edir (FOTO)
Ombudsman “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayımlayıb
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü Prezident İlham Əliyevə məktub göndərib
Tovuz sakinini küçədə döyüb öldürən şəxs saxlanıldı
Nurlanə Əliyeva: Qələbə bizimlədir (FOTO)
Ermənistana məxsus daha 3 PUA məhv edilib
Dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA
DİN əhaliyə xəbərdarlıq edir
AZƏRTAC Ermənistanın Gəncəyə qanlı terror hücumları ilə bağlı dünyanın aparıcı xəbər agentliklərinə müraciət ünvanlayıb
Uzun illər işğal altında olan ərazilərimizdə yerləşən abidələrin əksəriyyəti ya erməniləşdirilib, ya da dağıdılıb - Dövlət Xidməti
Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququn tələblərini də yerinə yetirir - Deputat
Milli Məclis Dağlıq Qarabağla bağlı videoçarx hazırlayıb
Beynəlxalq təşkilatlar Ermənistanda silahlanmaya vaxtında düzgün qiymət verməyib - Arzu Nağıyev
Ordubadda qədim abidələr aşkarlanıb
Səfirlik: Bəzi saytların dəqiq olmayan məlumatlar yayması Qətər-Azərbaycan əlaqələrinə təsir etməyəcək
Gürcüstanda silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb
“Həkimlərimizi tanıyın!” - neyrocərrah Elçin Abbaszadə
Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb
"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır
İranda sutka ərzində 312 nəfər koronavirusdan ölüb
Abşeronda COVİD-19 əleyhinə növbəti reyd keçirildi – sürücülər cərimələndi (FOTO)
Azərbaycanda 714 nəfər COVID-19-a yoluxdu, 176 nəfər sağaldı, 7 nəfər vəfat etdi
Koronavirusa yoluxanların sayını sıfırlamağa məcburuq
Azərbaycan və Türkiyənin birgə uğuru: TANAP "ilin layihəsi" beynəlxalq mükafatını aldı (FOTO)
Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır - Naqif Həmzəyev
Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanda uzunmüddətli böhran başlayacaq - Ekspert
Türk Şurası Gənclər Platforması Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib (FOTO)
Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir - Politoloq
Azərbaycan bu müharibədə qalibiyyətə məhkumdur! - Kamaləddin Qafarov
Düşmənin atıb qaçdığı növbəti hərbi texnikalar (FOTO/VİDEO)
Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə yaxındır
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan BMT qətnamələrinin icrasına özü başlamaq məcburiyyətində qaldı - Politoloq
Əfqanıstanda viza izdihamı - 11 ölü
Ermənistanda məhkumlardan intiharçı dəstələr yaradılır
Xudafərin körpüsünün Azərbaycan tarixində xüsusi yeri var - Deputat
Azərbaycan ordusu status kvonu dəyişdi - Deputat
“Geri dönüş” adlı kompozisiya hazırlanıb (VİDEO)
Belarusda MDB-nin İcraiyyə Komitəsində keçirilən tədbirdə Ermənistanın işğalçılıq siyasəti pislənilib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
ENGİNET şirkəti “Güc BİRLİKdədir” deyib Gəncədə yaralanan uşaqlara yardım göndərdi (FOTO)
Terrorçu Ermənistan hakimiyyəti cəzalandırılmalıdır - Sevil Mikayılova (VİDEO)
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq
KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv oldu
Sabahın hava proqnozu açıqlanıb
"Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı" adlı ixtisasartırma kursu başa çatıb
Rusiyada bir gündə 317 nəfər koronavirusun qurbanı oldu
Qazax sement zavodu Qarabağın azad edilmiş şəhərlərinin bərpası planları haqqında (FOTO)
Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini (FOTO)
Bəziləri deyirdilər ki, bu qədər silah-sursat nəyimizə lazımdır, onsuz da müharibə aparmayacağıq... - Deputat
Ermənistanın növbəti PUA-sı məhv edilib
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda 4 yarımstansiyanın tikilməsi nəzərdə tutulub
Ermənistanda koronavirusdan rekord sayda ölüm qeydə alındı
Bütün xəbərlər