...

Bu gün hər bir Azərbaycan vətəndaşı özünü əsgər kimi hiss edir - Deputat

Siyasət Materials 20 Oktyabr 2020 12:17 (UTC +04:00)
Bu gün hər bir Azərbaycan vətəndaşı özünü əsgər kimi hiss edir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan qurtuluş savaşı aparır, torpaqlarımızı işğaldan azad edirik, tarixi yaddaşımızı işğaldan qurtarırıq. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.

H.Babaoğlu qeyd edib ki, bu gün Azərbaycan döyüş meydanında, diplomatiya sahəsində, informasiya cəbhəsində mübarizə aparır:

“Bu gün Azərbaycan parlamentinin üzvləri də diplomatik savaşın əsgərləridir.

Sentyabr ayının 27-dən bu günə qədər Prezident İlham Əliyev ən müxtəlif televiziya kanallarına verdiyi müsahibələrdə Azərbaycanın diplomatik sahədə qələbəsini təmin edir, Ordumuzun döyüş meydanında əldə etdiyi qələbələri diplomatik cəbhədə möhkəmləndirir”.

O bildirib ki, TBMM sədrinin bugünkü çıxışı Azərbaycan parlament tarixinin şanlı səhifəsidir: “Bu gün hər bir Azərbaycan vətəndaşı özünü əsgər kimi hiss edir. Bu gün erməni cinayətlərinin beynəlxalq hüququn, təsisatların diqqətinə çatdırılması üçün bizim parlamentdə çox böyük potensial var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti