...

Ermənistanın cinayətlərinə beynəlxalq birliyin müəyyən dairələri susqunluq nümayiş etdirir - Deputat

Siyasət Materials 20 Oktyabr 2020 20:07 (UTC +04:00)
Ermənistanın cinayətlərinə beynəlxalq birliyin müəyyən dairələri susqunluq nümayiş etdirir - Deputat

Bakı. İlhamə İsabalayeva - Trend:

Təəssüflər olsun ki, Ermənistanın bu gün Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə beynəlxalq birliyin müəyyən dairələri susqunluq nümayiş etdirir.

Bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, parlamentin Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanı müdafiə edən və ölkəmizə qarşı törədilən cinayətləri cəmiyyətində yayan, bunu pisləyən dövlətlər də var: “Amma müəyyən dairələr bu gün Ermənistanın dinc əhaliyə gecə vaxtı hücum çəkməsini görmür və görmək istəmir. Prezident İlham Əliyevə zəng edərək atəşkəs xahiş edən liderlər də Azərbaycana bununla bağlı başsağlığı verməyə tələsmirlər. Onların mətbuatında bu məsələlər işıqlandırılmır və Ermənistanın bu cinayəti pislənilmir”.

A.Mirzəzadə hesab edir ki, bu cür münasibət yolverilməzdir və bu, dünyada hökm sürən ikili münasibətin bariz nümunəsidir: “Dünya bilməlidir ki, bu gün buna göz yumanda sabah eyni anoloji hadisə onun yaşadığı mühitdə də baş verə bilər. 1990-cı illərin əvvəllərində Bakı metrosunda Ermənistanın Xüsusi Kəşfiyyat Xidməti tərəfindən terror törədildikdə dünyanın müəyyən qismi buna göz yumdu. Amma bu gün həmin qism terrorla üzbəüzdür və ondan böyük əziyyətlər çəkir”.

Deputat qeyd edib ki, terrorçu dövlət olan Ermənistanın cinayətlərinə bütün ölkələr tərəfindən cavab verildiyi zaman dünyada stabilliyin və sülhün inkişafını təmin etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti