...

BMT-də ədalətsiz bəyanatın qəbul edilməməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir

Siyasət Materials 23 Oktyabr 2020 16:28 (UTC +04:00)
BMT-də ədalətsiz bəyanatın qəbul edilməməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir

Bakı. Trend:

Oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ rəhbərliyinin (rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır) bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdır.

Bəyanat layihəsində əsas məqam isə BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almaması idi. Buna cavab olaraq isə Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə BMT-nin qətnamələrinə istinadın daxil edilməsini təklif edilər, lakin həmsədr ölkələr bu təklifi qəbul etmədilər və bunun qəbul edilməz olduğunu bildirdilər.

Həmsədr ölkələrin iki dəfə bəyanatın qəbul olunmasına cəhd etmələrinə baxmayaraq QH ölkələri israrla qətnamələrə istinadların göstərilməsini təkid etdilər. Yalnız bundan sonra həm-sədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkməyə məcbur oldular.

Hazırlanmış bəyanat göstərdi ki, həm sədr ölkələr erməni təəssübkeşliyindən əl çəkə bilmirlər, açıq-aşkar işğalçının tərəfini tuturlar.

Həmsədr ölkələr unudurlar ki, həmin qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilib və hər üç həm-sədr ölkə qətnamələrin lehinə səs vermişdir. Sual yaranır ki, niyə həmsədr ölkələr bu qətnamələrin bəyanatda əks olunmasını istəmirdilər?

Çünki, qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı tələblər yer alıb. Bu qətnamələrə cavab olaraq isə Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmadı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu.

Bugün Azərbaycan Ordusunun uğurl əks-hücum əməliyyatı sayəsində Füzuli, Cəbrayıl, Zəngilanı işğaldan azad olunub. Azərbaycan bu qətnamələrinin bir hissəsinin icrasını özü təmin edib. Bu vaxta qədər Minsk qrupunun fəaliyyəti və bugün atılan addımlar onu göstərir ki, münaqişənin həll olunmamasında Ermənistan və Minsk Qrupunun həm-sədr ölkələri günahkardır.

BMT-nin Təhlükəsizlik Şurası isə qəbul etdiyi qətnamələri icra edə bilməməklə öz nüfuzunu və gücünü itirib. Şura daimi üzvlərinin girovuna çevrilib. TŞ-nin daimi üzvləri isə ancaq çirkin siyasi konyuktura ilə məşğul olurlar.

TŞ-nin daimi üzvləri arasında bitərəf ölkələrin olmaması da bu şuranın fəaliyyətini ciddi anlamda zədələyir. Niyə Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr TŞ-nin daimi üzvü olmamalıdır?! Nəyə görə TŞ-nin daimi üzvləri arasında Afrikadan, Cənubi Amerikadan bir dənə ölkə yoxdur?! Dünyanın taleyini nə vaxta qədər müstəmləkə keçmişinə malik, neokolonist düşüncəli ölkələr həll etməlidir?!

QH ölkələrinə isə ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. QH ölkələrinin bu ədalətli münasibətləri bir daha sübut edir ki, QH beynəlxalq münasibətlər sistemində ciddi faktordur.

Bəzən bir sıra müxalifət nümayəndələri “QH-na qoşulmaq Azərbaycanın nəyinə lazımdır”, “Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımlar edilir” kimi yanlış mühakimələr yürüdürdülər. Amma onlar başa düşmürlər ki, Prezident İlham Əliyevin xarici siyasət xətti ölçülüb-biçilmiş, düşünülmüş, uzunmüddətli hədəflərə hesablanmış bir xarici siyasətdir. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə QH-nın sədri seçildi.

Prezident İlham ƏIiyev QH ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi. Azərbaycan yalnız COVİD-19 ilə bağlı 30-dan ölkəyə maliyyə və humanitar yardımlar göstərdi.

Ədalətsiz bəyanatın qəbul edilməməsi, QH-na üzv ölkələrin dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.

Asif Mehman
Trend

Məqalədə:
Xəbər lenti

Xəbər lenti