...

Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?

Siyasət Materials 23 Oktyabr 2020 17:13 (UTC +04:00)
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə, Tərtərə, Bərdəyə, Mingəçevirə, Naftalana və Azərbaycanın mülki əhali yaşayan digər regionlarına atdığı ballistik raketlərə görə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəsilinə (“Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər”) əsasən xüsusi sanksiyalar qəbul edilə bilər.

Bunu Trend-ə hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov deyib.

Onun sözlərinə görə, bunun üçün beynəlxalq təhlükəsizlik və sülhün qorunması məqsədilə BMT-nin Təhlükəsizlik Şurasının Cənubi Afrikaya, keçmiş Yuqoslaviyaya, İraqa, Ruandaya, Somaliya, Syere-Lionaya, Liviyaya və digər ölkələrə qarşı qəbul edilən sanksiyaları qeyd etmək olar:

"Sanksiyalardan danışanda biz daha çox BMT-nin Nizamnaməsinin 39-51 maddələrini qeyd etməliyik. Həmin sanksiyalar ölkələrin hökümətlərin və ya hərbi güvvələrin beynəlxalq hüquq və humanitar normalarını pozulmasına, insanlığa qarşı cinayətlərin törədilməsinə (soyqırım) yönələn qərarların verdiyinə görə tətbiq edilir. BMT-nin TŞ-sı ədalətin bərqərar olunması məqsədilə iqtisadi və diplomatik əlaqələrin pozulamasına, dəmiryol və nəqliyyət əlaqələrin dayandırılmasına, xaricdə bank hesabların dondurulması, beynəlxalq məhkəmənin (tribunal) yaradılması və digər sanksiyaları qəbul edib".

E.Səfərov əlavə edib ki, Azərbaycan hökuməti tərəfindən 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər, Laçın, Ağdam rayonlarının mülki əhalisinə qarşı baktereoloji və zəhərli silahlardan istifadə edilmə faktı ilə bağlı dəfələrlə BMT-nin TŞ-na müraciət edilib.

O qeyd edib ki, Ermənistan hökumətinin və silahlı qüvvələrini idarə edən şəxslərin məsuliyyətə cəlb edilməsi, Ermənistana qarşı iqtisadi və diplomatik məhdudiyyətlərin qəbul edilməsi məsələsinə BMT-nin TŞ-nın gündəliyində baxılması məqsədilə ətraflı hesabatlar hazırlanaraq təqdim edilə bilər. Eyni zamanda, Avropa Şurasının Ermənistana qarşı siyasi və iqtisadi xarakterli məhdudiyyətlərin qəbul edilməsi mümkündür:

"Hansı məhdudiyyətlərdən söhbət gedir? Nümunə üçün, Ermənistanla Avropa Şurasının ölkələri ilə nəqliyyat, rabitə, maliyyə əlaqələrin pozulması, Ermənistanın hökumətinin rəhbərlərinin xarici ölkələrdə olan bank hesabların dondurulması, Avropa Şurasınının Parlament Assambleyasında iştirakının dayandırılması və s. Beynəlxalq təşkilatların Ermənistana qarşı yuxarıda sadalanan qərarların qəbulu üçün Azərbaycan Hökuməti tərəfindən artıq vacib dəlillər və faktlar toplanılıb. Beynəlxalq hüquq prinsiplərinin, humanitar hüquq normalarının və insan hüquqların qorunması məqsədilə Azərbaycan Respublikası tərəfindən ehtiyacı olan tədbirlər görülür. Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlər BMT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməlidir. Biz əminik, ki yaxın zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa ediləcək və mülki əhaliyə qarşı insanlığa qarşı cinayətləri törədən şəxslər məsuliyyətə cəlb ediləcək. Bunun üçün bütün hüquqi və siyasi əsaslar var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti