...

Düşmənin Tərtərə atdığı üç raketdən biri zərərsizləşdirilib - Müdafiə Nazirliyi

Siyasət Materials 26 Oktyabr 2020 19:21 (UTC +04:00)
Düşmənin Tərtərə atdığı üç raketdən biri zərərsizləşdirilib - Müdafiə Nazirliyi

Bakı. Trend:

Ermənistan tərəfindən atılan 3 raketdən biri hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, saat 18.15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən (YARS) Tərtər şəhərini atəşə tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti