...

Türkiyə XİN: Ermənistanın Bərdə şəhərinə qeyri-insani hücumunu qətiyyətlə pisləyirik

Siyasət Materials 27 Oktyabr 2020 21:50 (UTC +04:00)
Türkiyə XİN: Ermənistanın Bərdə şəhərinə qeyri-insani hücumunu qətiyyətlə pisləyirik

Bakı. Trend:

Türkiyə XİN Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, beyanatda bildirilib ki, 26 oktyabrda elan edilən atəşkəsə baxmayaraq, Ermənistanın Azərbaycandakı münaqişə zonası xaricindəki mülki yaşayış məntəqələrinə qarşı davam etdiyi bütün ümumbəşəri və mənəvi dəyərləri tapdayan hücumları heç bir halda qəbul edilə bilməz:

"Ermənistan Minsk Qrupu həmsədrlərinin təşəbbüsləri ilə bu günə qədər elan edilmiş 3 atəşkəsi pozsa da, həmsədrlərin bu pozuntulara reaksiya verməməsi bizi düşündürür"

Həmçinin qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə etdiyi qanlı hücumun qurbanı olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik və bütün Azərbaycan xalqına başsağlığı veririk:

"Ermənistanın bu qeyri-insani hücumunu qətiyyətlə pisləyirik, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanı davam etdirdiyi müharibə cinayətlərini dayandırmağa çağırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti