...

Könül Nurullayeva: Azərbaycan Ermənistanı həm də ideoloji müstəvidə məğlub etməkdədir

Siyasət Materials 4 Noyabr 2020 16:32 (UTC +04:00)
Könül Nurullayeva: Azərbaycan Ermənistanı həm də ideoloji müstəvidə məğlub etməkdədir

Bakı. Elçin Mehdiyev - Trend:

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ordu” mifini dağıdır. Əlbəttə, bu, ilk növbədə hərbi üstünlük və qələbə olmaqla yanaşı, həm də ideoloji müstəvidə Ermənistanın məğlubiyyətidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, İtaliyanın “La Republika” qəzetinə müsahibəsində Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistan uzun illərdir, Azərbaycana məxsus əraziləri guya təkbaşına işğal etdiklərini iddia edirdilər, halbuki onların təkbaşına bunu reallaşdırmaq üçün nə o vaxt, nə də indi fərdi potensialları yoxdur:

"Ermənistan hər zaman kənardan – havadarlarının dəstəyi ilə hərəkət edib. Bugünki döyüşlərdə də məğlub vəziyyətə düşdüklərindən kənardan yardım almağa can atırlar. Elə Nikol Paşinyanın Rusiya prezidentinə məktub göndərərək hərbi yardım xahiş etməsi bunu bir daha təsdiqləyir. Dövlət başçımızın da söyədiyi kimi, bu, Ermənistan rəhbərliyinin öz hərbi məğlubiyyətlərini və Azərbaycanın qələbəsini qəbul etməsi deməkdir.

Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə yaxınlaşır. Bizim ordumuz məhz öz ərazisində döyüşür, heç bir ölkəyə ərazi iddiamız yoxdur. Azərbaycan öz ordusunun gücü hesabına ərazi bütövlüyünü bərpa edir.
Prezident İlham Əliyevin “La Republika”ya müsahibəsində toxunduğu ən vacib məqamlardan biri də Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumlarıdır. Dövlət başçısı bu məsələyə aydınlıq gətirməklə işğalçı ölkənin terrorçu mahiyyətini növbəti dəfə ifşa etmiş oldu.

Bir daha bəyan olundu ki, Ermənistan bu davranışlarla əslində Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməyib. Əsas məqsəd əhali arasında panika və xaos yaratmaq idi ki, baş verən terror hadisələrindən sonra bunun əksi baş verdi. Bu hadisələr Azərbaycan xalqının müqavimətini daha da artırdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti