...

Türk Şurasının Baş katibi Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Siyasət Materials 9 Noyabr 2020 11:44 (UTC +04:00)
Türk Şurasının Baş katibi Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Bakı. Trend:

Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan xalqını 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Trend-in Türk Şurasının saytına istinadən məlumatına görə, təbrikdə deyilir:

“Qardaş Azərbaycan xalqını və hökumətini 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu mənalı gün münasibətilə Azərbaycan bayrağında olan xüsusi mənanı bir daha vurğulamaq istəyirik. Mavi rəng Azərbaycanın Türk mirasını simvolizə edir, qırmızı rəng müstəqil və müasir bir dövlətin qurulmasında qeydə alınan inkişafı vurğulayır və yaşıl rəng ölkənin İslam mirasını ifadə edir. Türk Şurasının binasının qarşısında hər gün digər Türk dövlətlərinin bayraqları ilə birlikdə qürurla dalğalanan Azərbaycan bayrağı qardaş millətlərimizin birliyini və ortaq keçmişini bizə xatırladır. Azərbaycan xalqı üçün çox vacib olan bu gündə Türk Şurası bir daha Azərbaycan və onun xalqı ilə çiyin-çiyinə dayandığını, bütün ərazilərində suverenliyini bərpa etmək üçün onun haqq işini dəstəklədiyini və azad edilmiş torpaqların hər guşəsində uca Azərbaycan bayrağının dalğalandığını görmək istədiyini bəyan edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti