...

Rusiya nümayəndə heyəti ilə Türkiyə MMN-də görüş keçirilir

Siyasət Materials 13 Noyabr 2020 17:13 (UTC +04:00)
Rusiya nümayəndə heyəti ilə Türkiyə MMN-də görüş keçirilir

Bakı. Trend:

Rusiya nümayəndə heyəti ilə Türkiyə Milli Müdafiə Nazirliyində (MMN) görüş keçirilir.

Trend-in məlumatına görə, Türkiyədə səfərdə olan Rusiya nümayəndə heyətilə Dağlıq Qarabağdakı vəziyyət və görüləcək işlərlə bağlı müzakirələr aparılır

X X X
14.41

Rusiya nümayəndə heyəti Ankaraya gəlib.

Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, nümayəndə heyəti Türkiyə tərəfi ilə Dağlıq Qarabağdakı vəziyyət və görüləcək işlər müzakirə olunacaq.

Səfər çərçivəsində Türkiyə Müdafiə Nazirliyində rəsmi görüşlər keçiriləcək.

Qeyd edək ki, dünən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya nümayəndə heyətinin Türkiyəyə səfərilə bağlı məlumat vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti