Bakı. Trend:
Prezident İlham Əliyev O.S.Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.