...

YAP Gəncə şəhər təşkilatının gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər (FOTO)

Siyasət Materials 12 Dekabr 2020 12:18 (UTC +04:00)
YAP Gəncə şəhər təşkilatının gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəal könüllüləri Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı Gəncə şəhər Heydər Əliyev Mərkəzində olublar.

Trend-in məlumatına görə, gənclər əvvəlcə Ümummilli Liderin Mərkəzin önündəki heykəlini ziyarət ediblər. Sonra Gənclər Birliyinin üzvləri karantin qaydalarına riayət edərək Heydər Əliyev Mərkəzində olan zəngin eksponatlarla tanış olublar. Onlara Ulu Öndər həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotolar, şəxsi əşyalar haqda məlumat verilib. Müasir Azərbaycanın banisi Heydər Əliyevin Gəncəyə 8 dəfə səfər etdiyini vurğulayan Mərkəzin bələdçisi Nizami yurdunun Ümummilli Lider üçün xüsusi çəkiyə sahib olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, müasir Azərbaycanın xilaskarı və banisi olan Heydər Əliyevin anım günü yerli və beynəlxalq miqyasda yüksək səviyyədə təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti