...

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin Baş direktoru Prezident İlham Əliyevə məktub göndərib

Siyasət Materials 15 Dekabr 2020 13:12 (UTC +04:00)
İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin Baş direktoru Prezident İlham Əliyevə məktub göndərib

Bakı. Trend:

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin Baş direktoru professor Halit Eren Prezident İlham Əliyevə məktub göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident. Müzəffər Azərbaycan Ordusu tərəfindən strateji əhəmiyyətli Şuşa şəhərinin erməni işğalından azad olunması xəbərini böyük sevinclə qarşıladıq. Bu möhtəşəm Qələbənin Bayraq Günü ərəfəsində qazanılması əlamətdar hadisədir. Böyük Allaha şükürlər olsun. Zati-aliləri, qardaş Azərbaycan xalqını və müzəffər Azərbaycan Ordusunu təbrik etməkdən qürur duyuram.

Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə parlaq qələbələrə imza atan Azərbaycan Ordusunun 30 il erməni işğalı altında olan Qarabağ bölgəsini qısa zamanda azad etməsi Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsidir. Vətən müharibəsində şəhid olan hərbçilərə və mülki vətəndaşlara Allahdan rəhmət diləyirəm.

Böyük Allahdan Zati-alinizi, dost Azərbaycanı və İslam dünyasını müharibələrdən və fəlakətlərdən hər zaman qorumasını, xalqınızın sülh və firavanlıq içərisində yaşamasını, müstəqilliyinizin əbədi olmasını diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti