...

Azərbaycan Texniki Universiteti professoru Rəhim Şükürova fərdi təqaüd verildi - SƏRƏNCAM

Siyasət Materials 31 Dekabr 2020 11:36 (UTC +04:00)
Azərbaycan Texniki Universiteti professoru Rəhim Şükürova fərdi təqaüd verildi - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev R.İ.Şükürova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alınır:

1. Azərbaycan Texniki Universitetinin 70 illiyi münasibətilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafında uzunmüddətli xidmətlərinə görə Rəhim İzzət oğlu Şükürova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti