Bakı. Trend:
Füzuli istiqamətində tikiləcək aeroport strateji əhəmiyyətli bir obyekt olmalıdır. Məlumdur ki, Xocalıda da aeroportumuz var. Lakin Füzuli istiqamətində tikiləcək yeni areoport həm iqtisadi, həm siyasi, həm hərbi, həm də demoqrafik baxımdan çox mühüm əhəmiyyət kəsb edir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev Qarabağın perspektiv planları barədə "Real TV"yə müsahibəsində deyib.
A.Nağıyev bildirib ki, müharibə tək səngərdə deyil, iqtisadi, siyasi, hərbi və demoqrafik sahədə də aparılır.
Müsahibəni təqdim edirik: