Fransadan gəlmiş bəzi şəxslər Qarabağda bir çox cinayət əməlləri törədib - Fransanın "Lagazetteaz.fr" qəzetinə müsahibə

Fransadan gəlmiş bəzi şəxslər Qarabağda bir çox cinayət əməlləri törədib - Fransanın "Lagazetteaz.fr" qəzetinə müsahibə

Bakı. Trend:

Yaxın Şərq üzrə məşhur fransalı tədqiqatçı Sebastien Bussua "Lagazetteaz.fr"-yə müsahibə verib.

Trend-in məlumatına görə, tədqiqatçı “Le Journal Général de l'Europe” jurnalında dərc olunan məqaləsində Fransadan getmiş bəzi şəxslərin Qarabağda törətdiyi cinayətləri araşdırıb.

"Lagazetteaz.fr"yə müsahibəsində bildirib ki, bu araşdırma məqaləmdə qarşıya qoyulan məqsəd aparılan müzakirələri müəyyən qədər balanslaşdırmağa çalışmaqdır, çünki Azərbaycan haqqında, guya Türkiyə və başqalarının ona müharibəni aparmaqda dəstəyi haqqında geniş müzakirələr aparılırdı. Fransada informasiya emalında böyük bir tarazsızlığın olduğunu göstərmək istəyirdim, çünki ermənipərəst medialarda təsir dairəsi olduqca güclüdür. Bütün bu danışılanlar əhəmiyyətsiz (ağızdan-ağıza gəzən) söhbətlərdir. Halbuki ermənilərin, habelə Fransadan gəlmiş bəzi şəxslərin Qarabağda törətdiyi və beynəlxalq hüquq tərəfindən qınanılası bir çox cinayət əməlləri olub:

"Cinayət törədə biləcək yaxud da zorakılıq və ya ekstremizm təbliğatı aparan şəxslərin siyahısı kimi tanınan "Fiche S" siyahısında adı yer alan 10-dan çox fransız yaxud da fransız olmayan, hər halda ümumilikdə erməni əsili və ya ikili vatəndaşlığı olan şəxs ermənipərəst separatçı-işğalçı qoşunun sıralarına qatılmaq üçün Fransadan yola düşüb. Bu, qeyri-qanunidir, çünki rəsmi Paris tərəfindən nizami bir ordunun tərkibində ikili vətəndaşlığı olanlara şamil olunan hüququn bununla heç bir əlaqəsi yoxdur".

S.Bussua qeyd edib ki, bu şəxslər Fransadan İrəvana (indiki Yerevan) 2020-ci ilin payız aylarında Dağlıq-Qarabağa göndərilmək və azərbaycanlılara qarşı aparılan döyüşlərdə iştirak etmək üçün yola düşüb. Qarabağa döyüşmək üçün gedənlər arasında Ermənistana böyük simpatiyası olan Fransa vətəndaşları da olub. Bu, artıq böyük bir problemdir və qeyri-qanuni bir haldır, çünki döyüşlərə qatılmış həmin şəxslər artıq zorakılığa əl atmaq, silahdan istifadə etmək kimi hallara vərdiş etmiş şəxslərdir:

"Onlar Fransa ərazisinə qayıtdıqdan sonra, sanki heç nə olmamış kimi fəaliyyət göstərəcəkmi? Məhz bu səbəbdən, artıq onlar barəsində ilkin istintaq başlayıb. Onların Ermənistandan qayıdarkən Fransa sərhədlərində saxlanılaraq sorğu-sual edilməsi, istintaq tədbirlərindən asılı olaraq, törədə biləcəkləri və ya artıq törətmiş olduqları cinayət əməllərini aşkar etmək, həmçinin onların terrorizmi təbliğ etmələrini müəyyənləşdirmək və o şəxslərə qarşı hansı cəzaların tətbiq olunacağını müəyyənləşdirmək üçün tədbirlər görülür. Hesab edirəm ki, Ermənistan müharibəni uduzduğu üçün Qarabağa yollanmış şəxslər tərəfindən Fransa ərazisindəki müsəlmanlara qarşı da qisas almaq riskləri ola yaxud kəskin etirazlar törədilə bilər".

Üç tərəfli bəyanatı şərh edən S.Bussua bildirib ki, minlərlə şəxsin həlak olmasına səbəb olan 27 illik müharibədən sonra, bu bəyanatın imzalanması çox yaxşı bir haldır. Bundan başqa, bu və ya digər tərəfdən bəşəri faciələr törədilib, daha dəqiq desək, Ermənistan tərəfi mülki vətəndaşlarını bir siyasət üçün alətə çevirib, vətəndaşlarını BMT tərəfindən onların ərazisi kimi tanınmayan bir yerdə 1994-cü ildən bəri məskunlaşdırıb:

"800 000 Azərbaycanlı 1992-1994-cü illərdə Qarabağdakı torpaqlarından qovulub. Burada, Bakıda biz bəzi insanlarla, Ağdam, Zəngilan, Qubadlı və digər rayonlardan qaçqın düşmüş və hal-hazırda doğma torpaqlarına qayıda biləcəklərinə ümid edən şəxslərlə görüşdük. Burada iki faktor var: birincisi, bu artıq Rusiyanın bir vasitəçi güc olaraq Fransa və ABŞ-ın da həmsədrlik etdiyi Minsk Qrupu tərəfindən həllinin tapılması mümkün olmayan regional bir münaqişəyə qayıdışı deməkdir, lakin ən ümdəsi, hesab edirəm ki, Azərbaycanlıların Qarabağı azad etmələri oldu".

Onun sözlərinə görə, ikinci faktor isə ondan ibarətdir ki, davamlı sülhdən danışarkən, biz hər iki dövlət arasında kağız üzərində əldə olunmuş anlaşmadan əlavə bir sülhdən bəhs edirik. İndi əsas məsələ, insanların beyninə sülh anlayışını yeritmək və hər iki olkə cəmiyyətində bunu təbliğ etməkdən ibarətdir. Hər iki xalq bu sülhü istəyəcəklərmi, bu artıq sual altındadır:

"Biz Bakıda Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdə olarkən, bu rəsmilər müntəzəm şəkildə Azərbaycanın etnik və mədəni müxtəlifliyini, eləcə də, Qarabağda qalan ermənilərin məsələsini ön plana çəkirdilər.

SSRİ dövründə hər iki xalq arasında çox yaxşı münasibətlər var idi. Çoxları hesab edir ki, vaxt keçdikcə buna nail olunacaq. İndi, Ermənistan tərəfdən eyni bunu gözləmək olarmı? Ancaq hesab edirəm ki, hazırkı şəraitin qəbul edilməsi üçün xeyli vaxt gərəkdir. Ümid edək ki, nə vaxtsa başqa bir revanş hissi ilə yaşayan erməni Baş nazir, yaxud da siyasi xadim 2020-ci il noyabr ayında imzalanmış sənədi pozaraq əhali arasında kəskin hislərin oyadılmasına səbəb olmayacaq".

Tədqiqatçı qeyd edib ki, Azərbaycan tərəfi üçün isə, parktiki baxımdan Qarabağı yenidən bərpa etmək üçün çoxlu vaxt lazım olacaq, yəni quruculuq işləri, burada əhalini yerləşdirmək, Qarabağı turistik bir məkana çevirmək baxımından və sair. Bu istiqamətdə dövlət dəstəyi lazım olacaq:

"Digər bir məsələ Qarabağ və Naxçıvanın yaradılacaq bir dəhliz vasitəsilə bir-birinə dinamik şəkildə inteqrasiya olunmasıdır. Məhz bu dəhliz uzun illərdən sonra Azərbaycanın digər ərazilərini ilk dəfə İrandan keçmədən Naxçıvanla birləşdirəcək, əlavə olaraq Azərbaycanın İpək Yolu kimi qlobal layihədə davamlı şəkildə iştirakını təmin etmiş olacaq.

Bu, çox önəmli məsələdir, çünki məhz bu dəhliz Azərbaycanın Avropa üçün əhəmiyyətinin dəyərləndirilməsi istiqamətində vacib rol oynayacaq. Çünki avropalılar məhz bu dəhliz vasitəsilə Qarabağa gələrək, oraları kəşf etmək marağında olacaqlar. Bizim həmvətənlər Mərakeşdə, Tunisdə vaxt keçirərək, müsəlmanları tənqid etməyə çalışır, car çəkmək istəyirlər ki, islamçılıq hər yerdədir, lakin onlar dünyəvi, müasir, dinamik, beynəlxalq arxitektorların böyük maraq göstərdiyi Azərbaycanı heç demək olar ki, tanımırlar, və bu, düşünürəm ki, sülh məsələsi mövzusunda ən önəmli amillərdən biridir və digər modellərə də aşılana bilər".

Regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasından bəhs edən tədqiqatçı qeyd edib ki, İki ölkə arasında dayanıqlı bir sülhün təmin edilməsi iqdisadiyyatdan keçir. Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələr bərpa olunmalıdır. Hər iki dövlət arasında iqtisadi baxımdan kəskin şəkildə qeyri-tarazlıqlar müşahidə olunur. Azərbaycan Qafqazın kiçik bir draqonuna çevrilib, Ermənistan isə kasıb, anklav, iqtisadi baxımdan əhəmiyyətli heç nəyi olmayan, hesab edirəm ki, iqtisadi baxımdan onu dəstəkləyə biləcək böyük diasporuna güvənən bir ölkədir:

"Azərbaycan özünün neft-qaz sektoruna güvənən regional iqtisadi bir gücə çevrilməklə yanaşı, eyni zamanda, neft və qaz amilinin sonsuz olmadığını nəzərə alaraq, ölkə iqtisadiyyatını şaxələndirmək istiqamətində balanslı və dinamik şəkildə növbəti 30 il üçün aqroyeyinti sahəsində əhəmiyyətli islahatlar aparmaqda davam edir. Yaxşı olar ki Ermənistan artıq dərk etsin ki, o, iqtisadi baxımdan heç bir investisiya yatırmadığı, hər şeyini dağıtdığı Qarabağı itirib, heç olmasa öz ölkəsinin gələcəyini zənginləşdirsin. Bu zaman sülh davam edə bilər. Beləliklə, aydın məsələdir ki, bu gün, Azərbaycan bu regionu iqtisadi, mədəni və turistik baxımdan diqqət mərkəzinə çevirmək, bu əraziyə yeni nəfəs verməyə qadir olan bir ölkədir".

Azərbaycanın Avropa İttifaqı üçün hansı əhəmiyyətinə toxunan S.Bussua qeyd edib ki, Avropa İttifaqının qonşuluq siyasəti baxımından, Azərbaycanın Avropa Şurasına üzv olması baxımından və avropalıların "Eurovision" mahnı müsabiqəsini Azərbaycanda təşkil etmələri üçün heç bir maneənin olmaması baxımından, Avropa-Azərbaycan münasibətlərinin bundan sonra da yüksək səviyyədə davam etdirilməsi çox vacibdir, çünki Azərbaycan demək olar ki, mədəniyyət baxımından məhz Avropaya yaxın bir ölkədir. Baxmayaraq ki, ölkədə yaşayanların mütləq əksəriyyəti müsəlmanlardır, Azərbaycan dünyəvi, ünsiyyətcil, müasir, mədəni bir ölkədir. Mənim üçün Bakı şəhəri, rus yaxud ərəb deyil, Avropa şəhərlərinə bənzər bir şəhərdir:

"Fransa ilə münasibətlərə gəldikdə isə, real olaraq, münasibətlər əladır. Təkcə neft-qaz sahəsində deyil, məsələyə mədəni nöqteyi-nəzərdən yanaşsaq, Bakıda fransız dilini təbliğ edən, Fransanı Qafqazda təşviq edən və artıq bir neçə ildir ki fəaliiyyət göstərən fransız liseyi var. Təsadüfi deyil ki, Azərbaycan Beynəlxalq Frankofoniya Təşkilatının üzvüdür. 2020-ci ilin iyun ayında Fransa Prezidenti Emmanuel Makron Bakı və Paris arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, bundan məmnunluq hissi ifadə edib. Müharibə zamanı Parisin Yerevana tərəf istiqamət almasına baxmayaraq, Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə göndərilən təbrik məktubu Yelisey Dövlət rəsmi saytında bu gün də saxlanılır. Çünki reallıqda Paris-Bakı münasibətləri hələ 1980-ci illərin sonlarında Fransua Mitteran və Heydər Əliyev tərəfindən təsis olunmuş əzəli bir tarixdir".

TamKartla yeni fürsətlər
TamKartla yeni fürsətlər
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Loading Bars
Xəbər lenti
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
"Liverpul" futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu
Avstraliya hakimiyyəti Norfolk adasında sunami təhlükəsi barədə xəbərdarlıq edib
Kanadada "Johnson & Johnson" peyvəndini bir neçə gün ərzində təsdiqləyəcəyini deyiblər
Ağstafa rayonunda "Ford" yanıb
Türkiyədə son sutkada koronavirusdan 7 873 nəfər sağalıb
Sakit Okeanda 8,0 bal gücündə zəlzələ olub
Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib (FOTO)
Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak olub (ƏLAVƏ OLUNUB)
Azərbaycan COVAX çərçivəsində vaksinlərin əldə edilməsi ilə bağlı ÜST-ün qeydi ilə razı deyil - Agentlik
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
AQTA quş qripi xəstəliyi üzrə simulyasiya təlimi keçirib (FOTO)
Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib (FOTO)
Pakistanla hərbi əməkdaşlıq Silahlı Qüvvələrimizin inkişafına təkan verəcək - Ekspert
Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
Hansı halda məktəblər bağlana bilər? - Ekspert açıqladı
Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
"WhatsApp"da yeni funksiya işə salınıb
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
MDB PA-nın komissiya iclasları keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər
Paytaxt yollarında sıxlıq var - Avtobuslar gecikir (FOTO)
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Prezident İlham Əliyev: Ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edib
Prezident İlham Əliyev: Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik
Prezident İlham Əliyev: Biz indi gələcək haqqında düşünürük
Zəngilan rayonunun Keçikli kəndi (VİDEO)
Azərbaycan Prezidenti: Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi
Prezident İlham Əliyev: Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir
Ukraynada koronavirusun "Britaniya ştammı" qeydə alınıb
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanıldı (FOTO/VİDEO)
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib (YENİLƏNİB-2) (FOTO)
Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Yasamalda on min manatlıq mobil telefon oğurlandı (FOTOVİDEO)
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Yaponiyanın səfiri Gəncədə rəsmi səfərdədir (FOTO)
Avropada koronavirusa yoluxma halları artıb - ÜST
Aİİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib (FOTO)
“AccessBank” tender elan edir
Ağsuda Vətən müharibəsinin 20 şəhid və qazi ailəsinə baş çəkilib
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan həqiqətləri dünya mediasında (FOTO)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Zamir Qədimov (FOTO)
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib (FOTO)
Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından magistratura imtahanlarında yüksək nəticə
YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Əfv komissiyasının iclası keçirilir
Bakıda yeni zavod istifadəyə veriləcək
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək
Bütün xəbərlər