...

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib (FOTO)

Siyasət Materials 2 Fevral 2021 17:43 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib (FOTO)

Bakı. Trend:

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində Gənclər Günü münasibətilə paylaşım edilib.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

"Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün münasibətilə bütün gənc dostlarımızı səmimi-qəlbdən təbrik edirəm! Qoy sizin həyatınız daim parlaq, maraqlı və mənalı olsun! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti