...

ATƏT təhlükəsizliyin təmin olunması üzrə Azərbaycana dəstək göstərəcək - İsveç XİN

Siyasət Materials 4 Fevral 2021 08:56 (UTC +04:00)
ATƏT təhlükəsizliyin təmin olunması üzrə Azərbaycana dəstək göstərəcək - İsveç XİN

Bakı. Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev - Trend:

Ötən il Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası və bunun nəticəsində çoxsaylı qurbanların olması münaqişələr uzun müddət həll olunmamış qaldıqda yaranan riskləri açıq-aşkar nümayiş etdirdi.

Bunu Trend-ə İsveç Xarici İşlər Nazirliyindən ölkənin ATƏT sədrliyinə başlamasını şərh edərkən deyiblər.

Nazirlikdən bildiriblər ki, ATƏT-in regionda münaqişələrin tənzimlənməsində razılaşdırılmış prinsiplər və öhdəliklər əsasında kömək göstərməsi İsveçin sədrlik müddətinin prioritet hədəflərindən biri olacaq.

Qeyd olunub ki, 2019-cu ildə ATƏT sədrinin və 2018-ci ildə baş katibinin səfərlərindən sonra ATƏT və Azərbaycan əməkdaşlıqlarını fəallaşdırıb və bundan sonra da bu əməkdaşlığın genişlənməsi üçün digər sahələr tədqiq olunacaq:

Nazirlikdən onu da bildiriblər ki, atəşkəs rejiminin möhkəmlənməsi regionda dayanıqlı sülhün təmin olunması məqsədilə vəziyyətin stabilləşdirilməsi üçün digər tədbirləri görməyə imkan verəcək:

"ATƏT təhlükəsizliyin təmin olunması üzrə üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsində Azərbaycana dəstəyində sadiqdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti